Elarizin yeni doğulan nəvəsinin ilk fotosu

Müğənni Elariz Məmmədoğlu "Gün üzü" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, nəvələrindən, kürəkənlərindən danışan ifaçı özünü yaşlı hiss etmədiyini bildirib: "Mənim kürəkənlərimlə münasibətim ata-oğul kimidir. Ailədə çox sərtəm. Məni yola verirlər. Bir də kürəkənləri hər gün görmürəm ki... Baba olsam da özümü yaşlı hiss etmirəm. Hələ gəncəm. Onuncu sinfi bitirən kimi universitetə qəbul oldum, sonra əsgərliyə getdim. Qayıdan kimi evləndim, on aydan sonra övladım dünyaya gəldi. Həyatımda hər şey tez baş verib".

Sonra E.Məmmədoğlu qızı Günelin yeni doğulan körpəsi Aidanın fotosunu göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31