Hyustonda türk sədası
4 İyun 2015 14:48 MədəniyyətTürkiyəli opera müğənnisi Oya Ergün dünya şöhrətli orqançı Cəmilə Cavadova-Spitsberq ilə birlikdə ABŞ-ın Hyuston şəhərində konsert verib.
Hərzaman Azərbaycanda verdiyi konsertlərlə adından söz etdirən, Türkiyəli opara sənətçisi Oya Ergünün sədası bu dəfə Amerikadan gəldi.
"Olaylar" ın məlumatına görə, O, Ergün yaxın dostu, Azərbaycanın dünya şöhrətli orqanisti Cəmilə Cavadova-Spitsberq ilə birlikdə, Amerikanın Hyuston şəhərindəki "Christ the King" Luterant kilsəsində konsert programı ilə çıxış ediblər.
Sapranoda Oya Ergün, piano və orqan alətində Cəmilə Cavadovanın ifa etdiyi konsert, Hyuston şəhərin "Christ the King" lüteran kilsəsində Türkiyənin Hyustondakı Baş Konsulluğu, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Hyustonda Azərbaycan Mərkəzinin, SOCAR və Türk Hava Yollarının dəstəyilə keçirilib.
Konserti izləyən tamaşaçılar arasında Türkiyənin Hyuston baş konsulu Ferhat Alkan, Azərbaycan Mərkəzinin (Azərbacan Center)-in rəhbəri İradə Axundova, çoxlu sayda diplomatlar, Amerikalı sakinlər və Oya xanımın anası Ayşe Ergün və oğlu Alpdə olub.
Sənətçi Oya Ergün internet vasitəsilə açıqlamasında 1000-dən çox tamaşaçının iştirak etdiyi konsertin anşlaqla keçdiyini bildirib. Diqqətə çatdırıb ki, iki saat yarım davam edən konsert Los Anceles şəhərində də olub. İfaçı bununla bağlı yaxın günlərdə mediaya məlumat verəcəyini bildirib.