Gənc və istedadlı reper Fərhad Xəlif klip çəkilişlərinə start verib

7News.Az-ın məlumatına görə, reper ifaları içərisində ən çox sevilən "Busə"yə klip çəkdirməyib düşünüb. Söz və musiqi özünə məxsus olan "Busə"nin, Fərhadın sözlərinə görə klipi də olduqca maraqlı və baxımlı olacaq. Artıq çəkilişlərə başlanıldığını qeyd edən gənc reper, yaxın zamanlarda tamaşaçıların ixtiyarına veriləcəyini də bildirib. Bu işi tanınmış rejissor Aleks Anişenkoya həvalə edən reper, onun ərsəyə gətirdiyi kliplərin olduqca uğurlu olduğunu və öz sənətinin profissonalı olduğunu da əlavə edib: "İnşallah, çox fərqli və baxımlı klip olacağına inanıram. İfa tərzim bildiyiniz kimi fərqlidir. Ancaq bu klip digər kliplərdən də seçiləcəyinə əminəm".

Qeyd edək ki, "Busə" mahnısının aranjmanı Nail yusifova məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31