Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçiriləcək

İyunun 10-da Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçiriləcək. "OLAYLAR"-ın Mərkəzə istinadən verdiyi xəbərə görə,  konsertdə gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev Niyazi adına simfonik orkestrin müşayiəti ilə çıxış edəcək. Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə bir saatadək davam edəcək proqramda Elvin Qəniyev tamaşaçılara görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konsertini və digər əsərləri təqdim edəcək.

Qeyd edək ki, Elvin Qəniyev dünyanın bir çox ölkələrində müxtəlif nüfuzlu orkestrlərlə birgə, Vladimir Spivakov, Yuri Başmet, Rauf Abdullayev, Gürer Aykal, Erol Erdinç, Vladimir Fedoseyev, Sərvər Qəniyev, Teymur Göyçayev, İşın Metin və digər görkəmli dirijorların idarəçiliyi ilə çıxış edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31