Tünzalə Ağayevanın Heydər Əliyev Mərkəzində iki günlük konserti yekunlaşıb

Bakı 2015 Birinci Avropa Oyunlarına həsr olunan konsertə ifaçının "Hədiyyə" mahnısı ilə start verilib. Konsert boyunca bir-birindən fərqli ifalarını tamaşaçılarla ifa edən müğənni özünü çox xoşbəxt hiss etdiyini dilə gətirib: "İfama Hədiyyə ilə start verməyim təsadüfi deyil. Mənim hədiyyəm sizsiniz. Nə yaxşı kı, varsınız coşqu verirsiniz". Sürpirizlərlə bol olan konsertdə müğənni türkiyəli gitara ifaçısı ilə  duetlər oxuyub. Jaz, əcnəbi, yerli mahnılarla tamaşaçıların ruhunu dincəldən Tünzalə Ağayeva "Xoş gəldin" konserti əcnəbilərin də maraq dairəsində olub. "OLAYLAR"İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31