Manaf Ağayevin qızı ikinci dəfə ailə qurdu
2 İyun 2015 12:12 Mədəniyyət"Toylar kral"ı müğənni Manaf Ağayevin qapısında vağzalı havası çalınıb. Lent.az-ın məlumatına görə, ifaçının qızı Səmayə ailə qurub. Ötən gün paytaxt məkanlarının birində keçirilən toya şou-biznesin bir çox tanınmış simaları - Nadir Qafarzadə, Mətanət Əsədova, Ramal İsrafilov, Emil Bədəlov, Xatirə İslam, Elçin Hüseynov, qarmon ifaçısı Gülbahar Şükürlü və başqaları qatılıb. Onu da əlavə edək ki, M.Ağayev açıqlamasında qızının toyu barədə danışmaq istəmədiyini demişdi: "Bu haqda bir o qədər də danışmaq istəmirəm. Əgər oğlumun xeyir işi olsaydı, sizə ətraflı məlumat verərdim. Bəy incəsənət sahəsindən deyil. Toyu oğlan tərəf edir. Məclis mediaya qapalı şəkildə keçiriləcək".
Qeyd edək ki, bu, Səmayə xanımın ikinci evliliyidir. O, 2010-cu ildə atasının dostunun oğlu ilə ailəli olub. Manaf Ağayev keçmiş kürəkəninin narkoman olduğunu bildikdən sonra qızını ondan ayırıb.