Hadisə geyimi ilə yenə olay yaratdı
31 May 2015 21:25 MədəniyyətPop ifaçı Hadisə dünən Kocaelidəki konsertdə geyinəcəyi libası İstanbulda unudub.Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, unudulan paltar son anda müğənniyə çatdırılıb. Ardından səhnəyə çıxan Hadisə tamaşaçılardan gecikdiyi üçün üzr istəyib.
Gecə boyu sevilən mahnılarını oxuyan sənətçi paltarı ilə yenə də diqqət mərkəzində olub. Rəqsi zamanı qısa ətəyi tez-tez açılan Hadisə bundan narahat olmayaraq ifalarına davam edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31