"Hürrəm sultan"a rəqib gəlir

Osmanlı tarixinin ən nüfuzlu qadın sultanını canlandıracaq aktrisa seçildi

Uzun müddətdir mübahisə mövzusu olan "Kösəm Sultan" rolunun ifaçısı tapıldı. ANS PRESS-in məlumatına görə, milyonlarla insanı ekrana bağlayan türk serialı "Mühteşem yüzyıl"ın davamı kimi çəkiləcək serialda baş rolu Beren Saat ifa edəcək. Osmanlının ən nüfuzlu qadın sultanının həyatından bəhs edəcək serialın çəkilişi sentyabr ayından başlayacaq. İlk mövsümdə sultanın 16-20 yaş dövrü canlandıracaq. Ssenariyə uyğun olaraq filmdə Kösəm sultanı bir neçə aktrisa ifa edəcək. Gənc aktrisa B.Saat ötən gün rejissorla bu barədə müqavilə imzalayıb. Xatırladaq ki, adıçəkilən serialda tanınmış müğənni, aktrisa Hülya Avşar da rol alacaq. O, "Safiyə Sultan" obrazını canlandıracaq. Baş rol ifaçısı kimi bir necə məşhur aktrisanın adı çəkilirdi. Bunların sırasında Bensu Soral, Sibel Kekilli və Tuba Büyüküstün də var idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31