Alim Qasımov Avropa Oyunlarına həsr olunan mahnı oxuyub VIDEO
27 May 2015 16:20 Mədəniyyət"Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva xalq artisti Alim Qasımovla birgə yenə duet oxuyub. Gün.Az xəbər verir ki, "Qol güləş himni" adlanan mahnının sözləri Ətrabəyə, musiqisi Namiq Zeynalova aiddir. Mahnı "Bakı 2015" Avropa Oyunlarına həsr edilib. Layihə Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov tərəfindən reallaşdırılıb. Xatırladaq ki, Alim Qasımov Səbinə Babayevanın "Eurovison 2012"də oxuduğu "When The Music Dies" mahnısının muğam hissəsini ifa etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31