Norveçdə “Cəngi” rəqs qrupunun konserti

Norveçin paytaxtı Oslo şəhərində əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" caz qrupunun konserti təşkil edilib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə,  Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə Norveçin tanınmış Stovner kilsəsində gerçəkləşdirilən və üç gün davam edən etno-caz konsertində "Cəngi" qrupu tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. Qrupun üzvləri Arzu Həsənlinin (vokal), Mircavid Cəfərovun (tar), Vasif Hüseynzadənin (piano), İsgəndər Ələsgərovun (zərb alətləri), Tural Qasımlının (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifaları maraqla qarşılanıb. Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda "Cəngi" qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilatı Milli Şurasının dəstəyi ilə həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31