Sərdar Ortaç Bakıya gəlir: "Bölgələri gəzəcək"
25 May 2015 15:18 MədəniyyətTürkiyəli müğənni Sərdar Ortaç Bakıda konsert verəcək. Bu haqda Axşam.az-a tədbirin təşkilatçısı Nahid Emiloğlu xəbər verib. O, konsertin iyulda baş tutacağını bildirib: "Sərdarın bu yaxınlarda yeni albomu işıq üzü görüb. İyulun ilk həftəsində "Yaşıl Teatr"da həmin diskdəki yeni mahnılarını azərbaycanlı sevənləri üçün səsləndirəcək. Onunla birlikdə 28 nəfərdən ibarət yaradıcı heyət də paytaxtımıza gələcək. Avqustda da Sərdar Azərbaycana gələcək. Bu dəfə bölgələri gəzəcək. Onun bölgələrdə açıq hava konsertini planlaşdırmışam. Özü ilə danışıb, razılıq almışam. Gəncə, Qəbələ, Mingəçevir, Sumqayıt və başqa yerlər nəzərdə tutulub". N.Emiloğlu Sərdar Ortaçın əməkdar artist Ədalət Şükürovun "Dedim yox" mahnısını səsləndirməsindən də danışıb: "Sərdar bu mahnını internetdən tapıb, mənə yollamışdı ki, müəllifin kimliyini öyrənsin. Qulaq asan kimi Ədalət Şükürova aid olduğunu dedim. Ortaç qonorar da ödəyəcəkdi. Amma Ədalət qəbul etmədi. Bu işdə vasitəçi mən olmuşam".