Təranə Qumral Xatunun müdafiəsinə qaldı
25 May 2015 13:28 MədəniyyətMüğənni Xatun Əliyevanın həmkarı Nazənini, Könül Kərimovanı parodiya etməsi müzakirəsiz ötüşməyib. Lent.az-ın məlumatına görə, parodiya olunan müğənnilər Xatuna xəbər göndərərək bildiriblər ki, bir daha onları parodiya etməsin. İfaçı Təranə Qumral isə bu gün Lent.az-a açıqlama verərək həmkarı Xatun Əliyevanın müdafiəsinə qalxıb: "Parodiya özü bir sənətdir. Hər kəs parodiyanı nə bacara bilir, nə də ki yarada... Ancaq bəzən məşhurlar parodiya olunan kimi yaman əl-ayağa düşürlər. Hətta onları parodiya edən şəxslərə hədə-qorxu, hərbə-zorba gəlməkdən belə çəkinmirlər. Parodiya olunmaq ayıb deyil. Vay o adamların halına ki, bütün həyatlarını kimisə parodiya edərək yaşayırlar. Parodiyanı bütün dünya qəbul edir, sevə-sevə, gülə-gülə baxır. Axı burada mənfi nə var ki?! Məni və Musanı Rafael Coşqun parodiya edib, çox da gözəl alınmışdı. Mən belə şeylərə çox normal baxıram". "Xatun birdən sizi parodiya etsə buna reaksiyanız necə olar?" sualına T.Qumral bu cür münasibət bildiridi: "Xatunu mən bu yaxınlarda kəşf etdim. Çox gözəl ifaçı olmaqla yanaşı, çox da gözəl parodiya edir. Bacarır, edir. Axı burada pis heç nə yoxdur. Xatun məni də parodiya etsə, çox gözəl olar. Nə olsun, o, aktrisa deyil, ifaçıdır. Fakt bacarır və çox gözəl də parodiya edir. Buna görə onu qınayanları heç anlamıram".
Qeyd edək ki, müğənni Xatun Əliyeva xalq artisti Aygün Kazımovanı, əməkdar artist Tünzalə Ağayevanı və müğənni Elariz Məmmədoğlunu da parodiya edib.