Gürcastanda Azərbaycan mədəniyyəti nümayiş olunub
20 May 2015 18:00 MədəniyyətGürcüstanın oaytaxtı Tbilisi şəhərində Azərbaycan mədəniyyəti nümayiş olunub. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat ximdətindən daxil olub. Bildirilib ki, Tbilisidə yerləşən Beynəlxalq Qaradəniz Universitetində təhsil alan çoxmillətli tələbələr mədəniyyət festivalı keçirib. Universitetdə təhsil alan azərbaycanlı tələbələr festivalda Azərbaycan mədəniyyətini nümayiş etdiriblər. Azərbaycan güşəsində xalq alətləri, atributları, mətbəx və şirniyyət nümunələri təqdim olunub. Festivalın keçirilməsində Gürcüstanda fəaliyyət göstərən QHT-lər, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi dəstək göstərib.
Qeyd edək ki, festivalda Azərbaycan mədəniyyətinin nümayişi iki ildir ki baş tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31