Azərbaycan nigerli hakeri İnterpol xətti ilə axtarışa verdi
20 May 2015 12:55 MədəniyyətAzərbaycanda bəzi şirkətlərin hesabından külli miqdarda pul oğurlayan daha bir nigerli haker barəsində İnterpol xətti ilə axtarış elan edilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Niger vətəndaşı, 34 yaşlı Abdul Hafiz Kolavi kompüter sistemi və elektron-kompüter xidmət qaydalarının pozulması, kompüter sistemlərinə qanunsuz müdaxilə və oğurluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
Qeyd edək ki, bundan əvvəl də Azərbaycan hüquq-mühafizə orqanları bir neçə əcnəbi haker barəsində beynəlxalq axtarış elan edib. Onların arasında Niger vətəndaşları da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31