Acun İlıcalıdan Elnur Hüseynova tapşırıq VIDEO

"Nə edirsən et, get, o “Eurovision”ı al gəl!"

Türkiyəli məşhur teleaparıcı, prodüsser "Eurovision 2015" Azərbaycan təmsilçisinə dəstəyini çatdırıb.

ANS PRESS-in məlumatına görə, türkiyəli məşhur teleaparıcı, eyni zamanda "TV 8" telekanalının sahibi olan Acun İlıcalı "Survivor All Star" yarışmasından azərbaycanlı ifaçı Elnur Hüseynova "Eurovison"da dəstək olacaqlarını bəyan edib.

"Əziz qardaşım, Elnur! Biz bütün "Survivor" komandası olaraq Dominikan Respublikasındayıq. Buradan sənə salamlar göndəririk. "Eurovision"da Allah yardımçın olsun. Qəlbimiz səninlə oalcaq. Oturacağıq burda, gecə saat 3-də olsa, amma oturub səni izləyəcəyik və sənin qazanmağını istəyəcəyik. Nə edirsən et, get, o "Eurovision"ı al gəl. Qəlbimiz səninlə", - deyə A.İlıcalı video mesajında bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl isə A.İlıcalı da daxil olmaqla, türkiyəli bir neçə məşhur həmyerlimizə dəstəyini əks etdirən video hazırlayıb yayınlamışdılar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31