Aygün Kazımova 13 il əvvəl Türkiyədə nə edirdi? VIDEO

Xalq artistinin 2002-ci ildə çəkilmiş videosu üzə çıxdı

Xalq artisti Aygün Kazımovanın Türkiyə tamaşaçısına hələ 13 il öncə tanış olduğunu sübut edən kadrlar üzə çıxıb. ANS PRESS-in məlumatına görə, gənc Kazımova 2002-ci ildə Show TV kanalında qonaq olub. Azərbaycanlı sənətçi gözəlliyi, ağlı, cavabları və canlı ifası ilə aparıcıları heyran edib. 2002-2003-cü illər Aygün üçün çox uğurlu illər hesab oluna bilər. Məhz bu illərdə Aygün tez-tez qardaş Türkiyə dövlətinə işgüzar və yaradıcılıq səfərləri edir, Türkiyə məşhurlarının verilişlərinə dəvət alır və hər dəvət aldığı verilişdə səviyyəli şəkildə Azərbaycan qızının da əsl şou göstərə bildiyini türk publikasına çatdırırdı. Xatırladaq ki, Aygün Kazımova ANS-də yayımlanan "Maşın" şounun iştirakçılarından biri olub. Lakin aktrisa Mehriban Xanlarova onu yarışdan uzaqlaşdıra bilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31