Elnur Hüseynovun “Eurovision-2015”də çıxışı belə olacaq
15 May 2015 11:34 Mədəniyyət"Eurovision-2015" mahnı müsabiqəsində builki təmsilçimiz olan Elnur Hüseynov ötən gün ilk rəsmi məşqinə çıxıb.Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edəcək ifaçıların Vyana səhnəsində birinci rəsmi məşqi başlayıb.Azərbaycan təmsilçisi Elnurla birlikdə səhnədə bir qız-bir oğlan olmaqla, iki rəqqas yer alıb.Təmsilçimizin əsas məqsədi mahnının ideyasını, yəni, "hər ürək üçün vuruşmaq lazımdır" mesajını Avropa auditoriyasına çatdırmaqdır.Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də "Eurovision 2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada "Hour of the Wolf" mahnısı ilə çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31