Röya əsəbiləşdi: "Ağılsız, yalnız pulu düşünən..."
13 May 2015 18:28 MədəniyyətMüğənni Röya Ayxan "Bakı 2015"ə həsr etdiyi klipinə görə onu tənqid edənlərə cavab verib. Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədəki səhifəsində bu sözləri yazıb: "Ağılsız, yalnız pulu düşünən, guya azərbaycanlı olanlara səslənirəm: ölkə sizin gələcəyiniz üçün bunu edir. Bəs, siz Azərbaycan üçün nə edirsiniz? Bunu başa düşmək üçün gərək adam olasan. Dostlar, pis başa düşməyin. Böyük danışdımsa, üzr istəyirəm. Amma deyəndə ki, bu Avropa Oyunları nəyə lazımdır, dəli oluram. Hər idmançı dəstək istəyir. Onları ruhdan salmayın. Bu gün çox insanları qara siyahıya atdım. Azərbaycanın uğuruna görə məni sevməyənləri, mən dünəndən istəmirəm".
Qeyd edək ki, Röya Avropa Oyunlarının "Ulduz elçi"dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31