Səidə Aygünə tərəf çıxdı: "Onu elə oturdardım yerində..."
13 May 2015 14:47 MədəniyyətƏməkdar artist Mehriban Xanlarovanın Aygün Kazımovanı "Maşın şou"dan uzaqlaşdırması müğənni Səidə Sultanı özündən çıxarıb. Lent.az-ın məlumatına görə, ifaçı aparıcılıq etdiyi "Əsl şou" verilişində aktrisa ilə bağlı fikirlərini bölüşüb: "Mehriban xanımın bir obrazı yadımdadır. O da əxlaqsız qadın obrazıdır. Əslində o cür davranışın qarşısında Aygün xanım kimi sakit dura bilməzdim. Məni tanıyanlar bilir. . Belə insanlar həyatda heç nəyə nail olmayan, həyatda yarımayan insanlardır. Kimdəsə var, onda yoxdur deyə insanlara qarşı aqressivdirlər".
Qeyd edək ki, M.Xanlora "Maşın şou" da tamaşaçı səsverməsi nəticəsində müsabiqədə qalmaq hüququ qazanaraq, A.Kazımovanı yarışdan kənarlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31