Roza: “Əgər səs toplasaydım...”

Müğənni “Şou-Biz” proqramına eksklüziv açıqlama verib

"MAŞIN" realiti-şousunun ötən axşamkı efirində az səs faizi ilə yarışmadan ayrılmalı olan müğənni Roza Zərgərli yarışmadan çıxandan sonra eksklüziv olaraq "Şou-Biz" proqramına açıqlama verib.

ANS PRESS-in məlumatına görə, müğənni Roza Zərgərli yüksək səs toplayacağı halda, stilist Anar Ağakişiyevi çıxaracağını söyləsə də, o, bu istəyinə nail olmayıb.

Teleaparıcı Murad Dadaşov tərəfindən şounun "qara daması" adlandırılan müğənni 77.53 faiz əleyhinə səs toplayaraq yarışmadan kənarlaşdırılıb.

"Anara sual versəydim ki, sənin dostunam, ya yox... əgər "yox" desəydi, Anarın özü gedəcəkdi, amma "hə" desəydi, mən çıxıb gedəcəkdim. Deyəcəkdim ki, mən sənə dostluğumu sübut elədim. Onu çıxarmaq istəməyimə də o özü boş-boş küsməklə şərait yaratdı", - deyə müğənni açıqlamasında bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31