İspaniyanın flamеnko qrupu Heydər Əliyev Mərkəzində
12 May 2015 14:37 Mədəniyyətİyunun 13-də Heydər Əliyev Mərkəzində İspaniyanın flamenko qrupu tamaşaçılara məşhur "Karmen" əsərini yeni quruluş-caz, ərəb musiqisi elementləri, salsa və flamenko rəqsinin sintezi ilə təqdim edəcək. "OLAYLAR"-ın mərkəzə istinadən verdiyi xəbərə görə, fransız yazıçı Prosper Merimenin və bəstəkar Corc Bizenin "Karmen" operası əsasında səhnələşdirilmiş şou Antonio Andrade və onun qrupu tərəfindən müasir flamenko ruhunda hazırlanıb. İki saata yaxın davam edəcək flamenko gecəsində izləyicilərə möhtəşəm vokal ifa və rəqs performansları təqdim olunacaq. Şouda Karmen obrazını Malaqa şəhərindən olan rəqqasə və xoreoqraf Ursula Moreno yaradır. Müasir "Karmen" şousunun debütü 1998-ci ildə Berlində "Alman Opera Evi"ndə olub. Səhnə performansının Bakıdan sonra Danimarka və İsveçrədə təqdimatları nəzərdə tutulur.