Oksana Rəsulovadan həbs olunan məşhur hind aktyoruna dəstək
8 May 2015 13:07 MədəniyyətAzərbaycanlı rəqqasə Oksana Rəsulova məşhur hind aktyor Salman Xanın 10 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib. O.Rəsulova "Bollivud" ulduzunun həbsindən kədərləndiyini deyib. "Allah köməyiniz olsun. Mən sizin üçün dua edəcəm. Hər şey ürəyinizcə olacaq, İnşallah" - deyə sənətçi qeyd edib. Xatırladaq ki, Salman Xanın avtomobillə qəza törədərək bir nəfərin ölümünə səbəb olması ilə əlaqədar 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib. Hakim aktyorun 2002-ci ilin sentyabrında Mumbay şəhərində törətdiyi qəza zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyini əsas gətirib. Salman Xan isə iddia edir ki, avtomobili onun sürücüsü idarə edib. Hökm hələlik rəsmən elan edilməyib. Amma gözlənilir ki, Salman Xan hökmün icrasının bir neçə il də yubadılması üçün apelyasiya şikayəti verəcək. ("OLAYLAR İA")