I Avropa Oyunları dövlətimiz üçün geniş imkanlar yaradır
Əli Mirəliyev: “Azərbaycanın belə bir mötəbər yarışa evsahibliyi etməsi onları qıcıqlandırır”
5 May 2015 15:18 Mədəniyyət"Azərbaycanı bu günə qədər 1 milyard adam tanıyırdısa, Avropa Oyunlarından sonra bu say bir neçə dəfə artacaq". "Olaylar"a açıqlamasında sevilən sənətkar Əli Mirəliyev belə deyib. Ə.Mirəliyevin sözlərinə görə, beynəlxalq əhəmiyyət daşıyan yarış eyni zamanda Azərbaycana dost münasibət bəsləməyən qüvvələri yerində oturdacaq: "Bu, Azərbaycanı müsbət tərəfdən dünya birliyinə təqdim edəcək. Yarışlar Azərbaycanın sürətlə inkişafını, günü-gündən gözəlləşən Bakını, regionlarımızı Avropa insanına daha yaxından təqdim edəcək. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal altındadır. Bu işğal prosesində Ermənistan qədər Rusiya da məsuliyyət daşıyır. 200 ildən çoxdur ki, ruslar Azərbaycan dövləti üçün təhdid mənbəyinə çevriliblər. Bütün bunları nəzərə alanda Azərbaycanı daha yaxından tanıdılması üçün I Avropa Oyunları dövlətimiz üçün geniş imkanlar yaradır. Bu həm də, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə də təkan verəcək. Azərbaycan bununla düşmən qüvvələrə sübut etdi ki, işğal faktı da onun inkişafı qarşısında əngəl olmayıb. Bu gün Qərbdən olan bir sıra dövlətlər və Rusiyadan olan siyasi dairələr Azərbaycanın Dağlıq Qarabağı "işğal" etdiklərini və Ermənistanın həmin əraziləri "azad" etdiklərini bildirirlər. Adamın Allahı olar, ay vicdansızlar, adam da öz ərazilərini işğal edər? Həmin qüvvələr Azərbaycana qarşı çox gülməli və absurd ittihamlar irəli sürürlər. Təbii ki, onların bu niyyəti birmənalı olaraq, siyasi xarakter daşıyır. Lakin bunu nəzərə almayaraq, bu gün Azərbaycanın I Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi sevindirici haldır. Bu həmin siyasi dairələri də qıcıqlandırır. Ona görə də, Azərbaycanın dünyaya ən yaxşı formada təqdim edilməsi üçün Avropa Oyunlarının ölkəmiz üçün səmərəli olacağını düşünürəm". ("OLAYLAR" İA)