Xoşqədəm hər gün veriliş aparacaq
1 May 2015 17:10 MədəniyyətXoşqədəm Hidayətqızı ANS-də yeni layihə hazırlayır. Axşam.az-ın məlumatına görə, aparıcı həftəiçi beş gün yeni verilişlə efirə çıxacaq. Onun sözlərinə görə, gündəlik efir "Xoşqədəmlə axtarıram səni"nin təfərrüatları ilə bağlı olacaq: "Həftənin bazar günü yayımlanan verilişimiz də olduğu kimi yerində qalır. Yeni layihənin adını isə hələlik açıqlamaq istəmirəm". X.Hidayətqızı "Axtarıram səni"nin ilk buraxılışından razı qalmadığını etiraf edib: "Düzdür, reytinq yüksək oldu. Amma heç də ürəyimcə veriliş alınmadı. Çünki arxivimiz yox idi. Verilişi cəmi 1 həftəyə hazırladıq. Komandamız gecə-gündüz işlədi. Mənim üçün keçmişdəki söz-söhbətlər bitdi. Hər kəsdən xahiş edirəm ki, ötüb gedənlərlə bağlı mənə heç bir sual verməsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31