Əcnəbilər Günay Mirzənin yaz-yay kolleksiyasından geyinəcək

Tanınmış modelyer Günay Mirzə dünyaca məhşur dizayner Margaux Bagurdan əməkdaşlıq təklifi alıb. Los-Angelesdə showroom şəbəkəsi yaradan dizaynerə ezkizlərini təqdim edən azərbaycanlı modelin yaxın aylarda təqdimat üçün səfəri nəzərdə tutulub. Əməkdaşlığın təfərrüatını ... açıqlayan G.Mirzə bildirib ki, əcnəbi dizaynerlərlə onun yaradıcılıq mübadiləsi İtaliyada təhsil aldığı illərdən başlayıb. Sosial şəbəkədə modelyeri izləyən sözügedən dizayner, onun ötən ay keçirilən "Fashion Night-2015"dəki kolleksiyasını bəyənərək əməkdaşlığa qərar verib:
"Eskizlər artıq göndərilib. Geyimlər yaz-yay kolleksiyası üçün nəzərdə tutulub. Öncə modellərin iştirakı ilə podiuma çıxarılacaq kolleksiya daha sonra satış məqsədi ilə Margaux Bagurdanın Los-Angelesdəki və onun xətti ilə müxtəlif şəhərlərdə showroom şəbəkələrinə paylanılacaq.
Xatırladaq ki, Günay Mirzə İtaliyada "İstituto Superioredi" master dərəcəsinə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31