Nigar Camalın atası yanıb
5 Sentyabr 2012 14:40 Mədəniyyət"Eurovision-2011"nin qaliblərindən olan Nigar Camalın atası Aydın Mütəllibzadə yanıb.Gün.Az xəbər verir ki, Nigar Camalın atası "Bakıelektrikşəbəkə"nin Maştağadakı yarımstansiyasında baş verən qəza nəticəsində ciddi xəsarət alıb.
Nigar Camal 1news.az-a baş verən hadisədən sarsıldığını deyib."Avqustun 28-də Maştağa-Bilgəh trasındakı yüksək gərginlikli yarımstansiyada aparılan işlər zamanı partlayış baş verib, nəticədə atam 3-cü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda onun vəziyyəti ağırdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31