Könül Yusifqızı 40 min manatlıq maşından niyə imtina etdi?
5 Sentyabr 2012 14:34 MədəniyyətTanınmış teleaparıcı Könül Yusifqızı ona bağışlanılan 40 min manatlıq maşından imtina etdi. Tamaşaçıların Space televiziyasının "Bizi barışdırın" verilişindən tanıdığı Könül Yusifqızının avtomobil qəzası keçirməsi və maşının bərbad vəziyyətə düşməsi barəsində "Olaylar"da məlumat vermişdik. Məlumatdan sonra tanınmış iş adamı, biznesmen Fərid bəy aparıcı ilə əlaqə yaradıb və ona maşın hədiyyə etmək istədiyini bildirib. Aparıcının tərəddünə baхmayaraq iş adamı "AUDİ TT" markalı maşını aparıcının yaşadığı mənzilin qarşısına gətirib. Xəbərin doğruluğunu öyrənmək üçün aparıcı ilə əlaqə saхladıq və məlum oldu ki, aparıcı maşından imtina edib. Könül хanım səbəbi belə izah etdi: "Mən iki qapılı maşını хoşlamıram və elə maşınlarda özümü rahat hiss etmirəm". Diqqətinə görə iş adamına təşəkkür edən aparıcı hədiyyəni geri qaytarıb. Sizə aparıcıya hədiyyə kimi təklif olunan maşının şəkilini təqdim edirik. ("OLAYLAR"İA)