“DOLU”nun jurnalistlər üçün təqdimatı keçiriləcək
5 Sentyabr 2012 09:52 MədəniyyətSentyabrın 5-də, saat 11:30-da "Nizami" Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "DOLU" bədii filminin yalnız mətbuat işçiləri üçün təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.Qeyd edək ki, filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, bəstəkarı Polad Bülbüloğlu, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəzərovdur.Baş rollarda Məmməd Səfa, Gülzar Qurbanova, Şamil Süleymanov, Rza Rzayev və başqaları çəkiliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31