Kriminal
Tanınmış şirkətin qadın əməkdaşları məhkəmə zalında həbs edildilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ali məktəblərə tələbə qəbul etdirmək adı ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müəllimlər İnstitutunun müəllimi Mətanət Şahalıyevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Nazirin sabiq müşavirinin 800 min manatını mənimsəyən şəxsin məhkəməsi qapalı olacaq
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Pullar tələbələrin təhsil haqqı olmayıb" - 430 min manatı oğurlanmış prorektor
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Həmkəndlisini qətlə yetirən keçmiş məhkum saxlanıb
Dekabrın 12-də Tovuz rayonunun Yanıqlı kəndi ərazisində kənd sakini Rüfət Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.DİN-dən verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Ramiz Nəcəfov tutulub. Araşdırma aparılır.
Atasını qətlə yetirənin yeni cinayətləri üzə çıxıb
Atası Aydını qətlə yetirdiyinə görə dekabrın 7-də tutulmuş Neftçala rayon sakini Emin Heybətovun ətrafında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun hazırda Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırmaları müəyyən edilmişdir. DİN-dən verilən məlumata görə, meyitin basdırıldığı yerə baxış keçirilmiş və qalıqları aşkar edilərək götürülmüşdür. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulmuşdur.
Avtomobil qaçıranlar ələ keçib
Dekabrın 12-də Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vaqif Fətullayev RPŞ-yə müraciət edərək bildirmişdir ki, iyun ayında "Mercedes" markalı avtomobilini təmir üçün Sadiq adlı ustaya vermiş, dekabrın 11-də təmir sexinə gəldikdə avtomobilin usta tərəfindən qaçırılmasını müəyyən etmişdir. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Sadiq Qələndərov və Seymur Məmmədov tutulmuşlar.S.Qələndərovdan 9,28 qram, S.Məmmədovdan isə 9,18 qram marixuana götürülmüşdür. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların dekabrın 10-dan 12-dək olan müddətdə Bərdə şəhəri ərazisində 3 avtomobildən akkumlyator oğurlamaları da müəyyən edilmişdir.
Qadını hədələyərək qızıl tələb edənlərin qolları qandallanıb
Dekabrın 12-də Şəmkir rayonunun Qaracəmirli kəndində yaşayan Günel Yusifovanın evinə qapının qıfılını sındırmaq yolu ilə girmiş 2 naməlum şəxs onu bıçaqla hədələyərək pul və qızıl əşyalar verməsini tələb edib. DİN-dən verilən məlumata görə, naməlum şəxslər səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk etmişlər. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Xəyal Həsənov və Rəşad Quliyev tutulublar. Araşdırma aparılır.
Kombi oğrusu yaxalanıb
Yanvarın 26-da Bakı şəhər sakini Sabir Fərəcovun evinin zirzəmisindən 8 ədəd kombi aparatı oğurlanıb. DİN-dən “Olaylar” verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kombiləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar İsmayılov tutulmuş, daha 1 nəfər isə müəyyən edilmişdir.
Dollar alverçilərini nə qədər həbs gözləyir?
Dünya bazarında neftin qiyməti enməsi nəticəsində Azərbaycanda ard-arda baş verən devalvasiyalardan sonra valyuta dəyişmə məntəqələri ləğv olundu və "qara bazar" formalaşdı. Bunun ardınca da hüquq-mühafizə orqanları əməliyyatlara başladılar və bu bazarın alverçiləri mütəmadi olaraq saxlanıldılar.
Rusiyada doğum evində ölən azərbaycanlı xanımın ailəsi həkimlərin mühakiməsini tələb edir
Rusiyanın Blaqoveşşensk şəhərində yerləşən doğum evində ölən hamilə qadının, azərbaycanlı Şuaynat Məmmədovanın doğmaları həkimlərin cinayət məsuliyyətinə cəlb olunmasına çalışırlar. Bu barədə report Rusiya KİV-inə istinadən xəbər verir. Dünyasını dəyişən qadının qohumları hamilə qadının ölüm səbəbləri barədə rəsmi bildiriş alıblar. Patoloqanatomun rəyinə əsasən, qadının ölüm səbəbləri HELLP-şok sindromu, qan laxtalanmasının pozulması göstərilib.
Hakim oğlunun öldüyü qəzanın məhkəməsindən: "Kiməsə görə həbsdə yatmaq lazım deyil"
Ləğv edilən MTN-in həbsdəki idarə rəisi Akif Çovdarovun işinə baxan hakim Elbəy Allahverdiyevin oğlunun öldüyü qəza ilə bağlı məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində DYP əməkdaşı Elçin Həsənəliyev ifadə verib. O, ifadəsində bildirib ki, hadisədən bir müddət sonra olay yerinə gəlib: "Axşam sərxoş sürücülərə qarşı reyd aparırdıq. 28 May küçəsindən S. Vurğun küçəsinə tərəfə gələn zaman insanların toplaşdığını gördüm. Avtomobil səkiyə dəyib dayanmışdı. Avtomobilin qarşısında bir uşaq uzanmışdı. Mən yaxınlaşanda yerdəydi. Vətəndaşlar üzünə su töküb onu sakitləşdirməyə çalışırdılar. Təcili yardım çağrılmışdı. Biz də rabitə ilə çıxıb onları tələsdirdik. Kəskin ağrıları vardı. Anası da oradaydı, səs-küy salmışdı. Təcili yardım gəldi və zərərçəkəni xəstəxanaya apardılar. Biz də post-patrul xidməti gəldiyindən hadisə yerindən uzaqlaşdıq".
Dövlət sərhədini pоzan 39 nəfər saxlanılıb
2016-cı ilin noyabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 32 halda 39 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, оnların 20 nəfəri Azərbaycan, 4 nəfəri Gürcüstan, 7 nəfəri Özbəkistan, 3 nəfəri İran, 2 nəfəri Qırğızıstan, hər ölkədən bir nəfər оlmaqla Nigeriya, Fələstin, Kot-d`İvuar vətəndaşı оlub.
Oteldə arvadını başqa kişi ilə tutdu və ...
Goranboyda namus "razborka"sı - TƏFƏRRÜAT
1990-cı il təvəllüdlü Goranboy sakini Teymur Əlizadənin məhkəməsi başa çatıb. Teymur Əlizadə anası Minarə Əliyevanın həmyerlisi Emil Eyvazovla intim əlaqədə olması barədə söz-söhbət eşidib.














