Kriminal
Bakıda yataqxana yanıb
Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şəhərin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 15 m2 olan mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Pirotexniki məmulatların qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb
Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə "Arçi" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib və itin reaksiyasına əsasən yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 1856 ədəd pirotexniki məmulatlar aşkar olunub.
Qanunsuz valyuta alverçiləri tutulub
Ölkənin maliyyə sisteminin sabit və dayanıqlı, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması üçün, habelə ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadilə əməliyyatlarının aparılmasına qarşı daxili işlər orqanları tərəfindən məqsədyönlü və ardıcıl xüsusi əməliyyat tədbirləri həyata keçirilir.
Keçmiş arvadını öldürən Masallı sakini tutuldu
Xaçmazda 49 yaşlı qadın qətlə yetirildi
Rusiyada 20 yaşlı azərbaycanlı qız oğurlanıb
20 yaşlı azərbaycanlı qız Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxslər təəfindən oğurlanıb. Bu barədə polisə qızın anası məlumat verib.
Dələduzluq edən qadına 9 illik həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. Məmmədova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Binəqədidə yaşayış binasının yanması nəticəsində dəyən ziyanın məbləği açıqlanıb - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Dələduzluqda təqsirləndirilən polkovnik: "Aldığım pulları özünü asan MTN polkovnikinə vermişdim"
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qəbiristanlıqdan oğurluq edən tutuldu
Dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev RPŞ-yə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşının və 2 ədəd güldanın oğurlanmasını bildirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurlaması da müəyyən edilib.
Dəm qazı daha 2 can aldı
Azərbaycanda dəm qazı daha iki nəfərin ölümünə səbəb olub. Daxili İşlər Nazirliyindən “Olaylar” verilən məlumata görə, dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan Azad Caniyev, Sabunçu rayonu ərazisində yaşayan Asifə Qqasımova evlərində dəm qazından zəhərlənərək ölüblər. Araşdırma aparılır.
Oğurluğun üstü 11 aydan sonra açıldı
Cari il fevralın 7-də Gəncə şəhərində yaşayan Spartak Abdullayevin evindən qızıl və məişət əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmyerlisi Elsevər Əsədov tutulub.
Telefon oğrusu saxlanıb
Dekabrın 10-da Bakı şəhər sakini Bəsti Qurbanovanın mobil telefonu oğurlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefonu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şəhriyar Zeynalov saxlanılıb. Araşdırma aparılır.
Lənkəran sakinindən narkotik vasitə götürülüb
Lənkərən sakinindən xeyli miqdarda narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Şücaət Quliyevdən 0,036 qram heroin və 695 qram tiryək götürülüb. Araşdırma aparılır.
Neftçalada atasını öldürən şəxsin daha bir qətl törətdiyi məlum olub
Neftçalada atasını öldürərək meyitini yandırıb külünü Kür çayına atan oğulun daha bir ağır cinayətinin üstü açılıb.














