Dələduzluq edən qadına 9 illik həbs cəzası verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. Məmmədova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Məmmədova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nərgiz Məmmədova zərərçəkmiş Sevil Qaracayevanı Bakıdakı məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 50 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib. Nərgiz Məmmədova 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadıb ondan 23 min manat almaqda ittiham edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 8 il 6 aylıq cəza alan Nərgiz Məmmədovanın cəzası şərti hesab olunub, məhkəmə zalından azadlığa buraxılıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31