Oteldə arvadını başqa kişi ilə tutdu və ...

Masallı rayon prokurorluğundan Publika.az-a verilən məlumatda bildirilib ki, hadisə oteldə baş verib:

"Hadisə "MasallıOTEL"də törədilib. Onların hər ikisi Salyan rayon sakinləridir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır".

***

Bu gecə Masallı rayonunda törədilmiş qətlin təfərrüatı məlum olub.

41 yaşlı Muradov İbrahim Paşa oğlunun keçmiş həyat yoldaşı Hüseynova Röya Novruz qızını qısqanclıq zəminində öldürməsi dəqiqləşib.

Məlum olub ki, R.Hüseynova Masallıdakı mebel mağazalarından birində satıcı işləyirmiş. O, İ.Muradovdan ayrılandan sonra başqa şəxslə görüşməyə başlayıb. Dünən isə qadın tanışı ilə birgə Masallıdakı otellərdən birinə gedib. Xeyli vaxt ərzində keçmiş həyat yoldaşını izləyən 41 yaşlı İbrahim də həmin vaxt otelə basqın edib və məlum cinayəti törədib.

İ.Muradov keçmiş xanımına bir bıçaq zərbəsi endirib.

Bildirilir ki, qadının yanında olan şəxs də mebel işi ilə məşğul olurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (lent.az)

***

Keçmiş arvadını qətlə yetirmiş Masallı sakini tutulub.

Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, 41 yaşlı İbrahim Paşa oğlu Muradov hüquq-mühafizə orqanıları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

***

Masallı rayonundakı otellərdən birində cinayət hadisəsi baş verib.

Publika.az xəbər verir ki, təqribən 21-22 yaşlarında olan Salyan rayon sakini Röya Novruz qızı Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi ehtimal olunur və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31