Keçmiş arvadını öldürən Masallı sakini tutuldu
13 Dekabr 2016 10:23 Kriminal
Keçmiş arvadını qətlə yetirmiş Masallı sakini tutulub.
Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, 41 yaşlı İbrahim Paşa oğlu Muradov hüquq-mühafizə orqanıları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
***
Masallı rayonundakı otellərdən birində cinayət hadisəsi baş verib.
Publika.az xəbər verir ki, təqribən 21-22 yaşlarında olan Salyan rayon sakini Röya Novruz qızı Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi alıb.
O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi ehtimal olunur və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb.