Kriminal
Xəzər rayonunda 5 otaqlı ev yanıb
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
86 yaşlı qadın tüstüdən boğularaq ölüb
Füzuli rayonu, Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb.Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhtlərinə baxmayaraq 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
“MTN işi”ndə adı keçən qadın həbsxanada ölüb
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb. Məlumata görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 49 yaşlı Ceyran Rüstəmova vəfat edib.
Maşallah Əhmədov məhkəmədən vaxt istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Xanımını bıçaqlayan Sevinc Babayevanın oğlundan xəbər var
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkumAyxan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.
23800 ədəd siqaret aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına birlikdə piyada gələn 3 nəfər, Azərbaycan Respublikası vətəndaşları özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 23800 ədəd “Manchester” markalı siqaretlər aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.
Qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə zərgərlik məmulatının ölkə ərazisindən qanunsuz yolla aparılması barədə daxil olan məlumata əsasən, Bakı-Tel-Əviv aviareysilə getmək istəyən İsrail Dövlətinin vətəndaşı təyyarəyə minərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Konmitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın sinəsində yerləşdirdiyi kiçikhəcmli 4 ədəd polietilen paketlərdən 1 ədəd qolbaq, 1 ədəd üzük-sırğa cütü dəsti və 6 cüt sırğa aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən zərgərlik məmulatı kustar və zavod üsulu ilə istehsal olunub, 583, 585 və 750 əyarlı qızıldan hazırlanmış zinət əşyalarıdır və onların ümumi çəkisi 81,33 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.
Badamdarda qanunsuz fəaliyyət göstərən dini icma aşkar edilib
Deklabrın 8-də Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələrinin birgə keçirdikləri tədbir nəticəsində Neftçilər küçəsi, 3 ünvanında yerləşən, Bakı şəhər sakini Seyid Asin Ərəş oğluna məxsus qeyri-yaşayış sahəsində "Dini etiqad azadlığı haqqında" qanunun tələblərinə riayət olunmadan Badamdar qəsəbə dini icmasının fəaliyyət göstərməsi aşkar edilmişdir. DİN-dən verilən məlumata görə, baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yayılmasına razılıq verilməyən 59 ədəd dini ədəbiyyat, 19 ədəd videokaset, 27 ədəd DVD, 80 ədəd CD, 2 ədəd kompyuter prosessoru, xurafat elementi olan 6 ədəd zəncir və digər əşyalar aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
Sabunçuda ölümlə nəticələnən avtoqəza baş verib
Dekabrın 9-da saat 01 radələrində Sabunçu qəsəbəsi ərazisində Sabirabad rayon sakini İsaq Ağazadə idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini İsmayıl Səmədovu vurub. DİN-dən verilən məlumata görə, İ.Səmədov xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Kabel oğrusu yaxalanıb
Noyabrın 23-də Azərbaycan Dəmir Yolları QSC-yə məxsus yoldəyişən qurğudan 40 metr elektrik kabeli oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Natiq Əliyev tutulub.
Qoyun oğrusu saxlanıb
Dekabrın 4-də rayon sakinləri Şahbəndər Mirzəyevin və Aladdin Aybazovun həyətlərindən 55 baş qoyun oğurlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Şamaxı rayon sakini Yolçu Qəhrəmanov tutulub.
Keçmiş məhkumda silah və tiryək açkar edilib
Şəki sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Əhmədovdan 1,327 qram tiryək götürülüb. Onun "VAZ-21214" markalı avtomobilinə baxış zamanı oradan 2 kiloqram 325 qram marixuana, "Makarov" markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Gəncə sakinini qətlə yetirən tutulub
Dekabrın 7-də Gəncə şəhər sakini Səadət Verdiyeva bıçaqla qətlə yetirilib. DİN-dən verilən məlumata görə, Gəncə şəhər polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yetirməkdə qətldə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Famil Məmmədov tutulub. Araşdırma aparılır.
Cahangir Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərləri barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Təqsirləndirilən: "Vidadi Zeynalova hər ay 500 min manat verilirdi" - "RABİTƏ İŞİ" - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.














