Xanımını bıçaqlayan Sevinc Babayevanın oğlundan xəbər var
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkumAyxan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.
9 Dekabr 2016 18:10 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkumAyxan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.
İttihama görə, bu il fevral ayının 4-də Bakının Binəqədi rayonunda Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. Həmin zaman S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib. Trend.az