Kriminal

Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçıdan xəbər var

9 Dekabr 2016 16:03

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları 2014-cü ilin dekabr ayında Ağdam rayonunda saxlanılmış erməni hərbçiyə baş çəkiblər. BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, başçəkmə bir neçə gün əvvəl gerçəkləşib. Hərbi əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.  

"Gündəlik Bakı” qəzetinin baş redaktoru haqqında həbs-qətimkan tədbiri seçilib

9 Dekabr 2016 12:31

"Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev barəsində həbs-qətimkan tədbiri seçilib.

Azərbaycan Rusiya vətəndaşını Çexiyaya ekstradisiya edir

9 Dekabr 2016 11:36

Bakı Ağır Cinayətlər Məhkəməsində Çexiyada axtarışda olan Rusiya vətəndaşı Krillo Smirnovun ekstradisiya ilə bağlı məhkəmə keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, K. Smirnovun barəsində həbs qəti imkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub. O, Çexiyaya ekstradisiya ediləcək.

Daha bir "reket" jurnalist həbs edildi

8 Dekabr 2016 17:06

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı daha bir "reket" jurnalist tutulub. Bu, "Bizim dövr" qəzetinin baş redaktorunun müavini Hikmət Nəcəflidir.

Telefon oğrusu saxlanıb

8 Dekabr 2016 16:24

Xəzər rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zirə qəsəbəsi ərazisində yerləşən çayxanalardan birində Bakı şəhər sakini Canəli Əliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən həmyerlisi İsgəndər Cəfərov tutulub. Araşdrıma aparılır. 

Silahı polisə könüllü təhvil verdi

8 Dekabr 2016 16:23

Nardaran sakini odlu silahı polisə təhvil verib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən aparılmış profilaktiki tədbirlərin nəticəsi olaraq Nardaran qəsəbə sakini Əhmədağa Əşrəfzadə müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngini könüllü olaraq PB-yə təhvil verib. 

MMC-dən oğurluq edənlər tutuldular

8 Dekabr 2016 16:20

Noyabrın 27-də Sahil qəsəbəsi ərazisində yerləşən MMC-lərdən birindən oğurluğa cəhd edilib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində göstərməkdə şübhəli bilinən qəsəbə sakinləri Talıb Salehov və Rəsul Hüseynov tutulub. 

Avtomobildən oğurluq edən ələ keçib

8 Dekabr 2016 16:19

Dekabrın 4-də Bakı şəhər sakini Nadirxan Teymurova məxsus avtomobildən oğurluq edilib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Rauf Ağarəşidov tutulub. Faktla bağlı araşdırma aparılır. 

“Nida" üzvü 10 il müddətinə azadlıqdan məhrum edilib

8 Dekabr 2016 16:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

DTX və DİN dini icmada əməliyyat keçirdi

8 Dekabr 2016 15:53

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən  Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.

Azərbaycanlılardan ibarət "kriminal kvartet" Rusiyada azərbaycanlını qarət etdi

8 Dekabr 2016 15:02

Tümen şəhər Kalinin rayon məhkəməsinin hökmü ilə silahlı basqında ittiham olunan azərbaycanlılardan ibarət dəstə üzvlərinə hökm oxunub.

Daha bir məmura qarşı dələduzluq edilib

8 Dekabr 2016 15:00

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşına qarşı 400 min manatlıq dələduzluq edilib.

Surxay Əliyev həbs edildi

8 Dekabr 2016 14:58

Səbail Rayon Məhkəməsində "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

“Dağlar” MTK-nın həbsdə olan sədri məhkəmədə şahid qismində ifadə verib

8 Dekabr 2016 11:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülxar Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Nardaran işi"ndə təqsirləndirilən 12 nəfərin işi üzrə məhkəmənin başlama vaxtı məlum olub

8 Dekabr 2016 11:25

Nardaran işi üzrə təqsirləndirilən 12 nəfərin işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.