Kriminal

Keçmiş məhkum qadının telefonunu oğurladı

7 Dekabr 2016 18:18

Dekabrın 2-də Sumqayıt şəhər sakini Xəyalə Mustafayevanın mobil telefonu oğurlanıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Azad Şiriyev saxlanılıb.

Oğurluğun üstü üç aydan sonra açıldı

7 Dekabr 2016 18:17

Sentyabrın 16-da Bakı şəhər sakini Soltan Seyidova məxsus mağazadan 100 manat pul və tütün məmulatı oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - paytaxt sakini Aqşin Salmanov tutulub.

Quldurluq edən dəstə ifşa edildi

7 Dekabr 2016 18:16

Dekabrın 5-də Bakı şəhər sakini Şahmar Mansurovun pulunu və mobil telefonunu quldurluq yolu ilə alıblar. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulu və telefonu almaqda şübhəli bilinən paytaxt sakinləri Vasif Vəlizadə, Zaur Əhmədov və Həsən Muradov tutulublar. 

Mağazadan telefon oğurlamaq istəyi “ürəyində qaldı”

7 Dekabr 2016 18:15

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini Nazim Məmmədəliyevə məxsus mağazadan 40 ədəd mobil telefon və aksüssuarları, noutbuk və 80 ədəd mobil telefon nömrəsi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fuad Abışov və Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Fəqan İbrahimov tutulub. DİN-dən verilən məlumata görə,  F.Abışovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi Yusif Orucovla birgə 1 mağazadan spirtli içki oğurlaması da müəyyən edilibr. Həyata keçirilmiş tədbirlərlə Y.Orucov da tutulub. Araşdırma aparılır. 

14800 ədəd partalyıcı oyuncaq götürülüb

7 Dekabr 2016 18:13

Qaradağ rayonu ərazisində partlayıcı oyuncaq satan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində səyyar ticarətlə məşğul olan Ramid Mirzəyevdən və İlqar Şirinovdan ümumilikdə 14800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Kafeni yarmaq istəyən şəxs ələ keçdi

7 Dekabr 2016 18:12

Bakınən Səbail rayonunda oğurluq hlının qarşısı alınıb. DİN-dən verilən məlumata görə, dekabrın 6-da saat 05 radələrində Səbail rayonu ərazisindəki kafelərdən birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Ağdaş rayon sakini Qabil Sadıqov həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 39-cu PB-yə təhvil verilib.

Sumqayıt sakininə qarşı 480 min dollarlıq dələduzluq

7 Dekabr 2016 17:18

Azərbaycanda 480 min dollarlıq dələduzluq olub. Sumqayit şəhər sakini, 1981-ci il təvəllüdlü Faiq Əmənovhüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, tanışı Hikmət adlı şəxs 2012-2016-cı illər ərzində onun etimadından istifadə edərək 480 min ABŞ dolları pulunu ələ keçirib. Faktla bağlı araşdırma aparılır. 

Təqsirləndirilən: “Pulları Beytulla Hüseynova vermişəm" - “RABİTƏ İŞİ” - YENİLƏNİB

7 Dekabr 2016 17:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Nardaran işi" üzrə təqsirləndirilən 12 nəfərin işi icraata verilib

7 Dekabr 2016 14:39

"Nardaran işi" üzrə təqsirləndirilən 12 nəfərin işi icraata götürülüb. Məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mail Bayramovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyənləşəcək. 

3 il əvvəl itkin düşən şəxsin yandırıldığı məlum olub

7 Dekabr 2016 14:33

Neftçala rayonunda qətli törətməkdə şübhəli bilinən ailə üzvləri saxlanılıb. Məlumata görə, 2013-cü ilin iyul ayında itkin düşən 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun qətlə yetirildiyi məlum olub.

Lənkəranda çayxana yanıb

7 Dekabr 2016 13:16

Lənkəran rayonunda çayxana yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Türkəkəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan çayxana kimi fəaliyyət göstərən talvarın yanar konstruksiyaları, talvarın altına yığılmış 1 ədəd generator, 1 ədəd soyuducu, 2 ədəd vitrin soyuducu və 3 ədəd stol-stul yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Namiq Abbasovdan MTN-də qardaşına işgəncə verilməsi xəbərinə REAKSİYA

6 Dekabr 2016 18:18

Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasovun ləğv edilmiş MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşma tərəfindən oğurlanması və aylarla məruz qaldığı işgəncə nəticəsində ölməsi xəbəri yayılıb.

Nardaran sakini qanunsuz silahla polis bölməsinə getdi

6 Dekabr 2016 14:14

Nardaran sakini qanunsuz saxladığı silahı təhvil verib. DİN xəbər verir ki, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Səlim Nuriyev müvafiq sənədi olmayan "İJ-27" markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib. 

Ali Məhkəmə MTN-in həbs etdiyi şəxs barədə qərarı ləğv edib

6 Dekabr 2016 13:08

Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi şəxs haqqında həbs qərarını ləğv edib.

Məhkəmədə ifadə verən şahid  axtarışa verilib

6 Dekabr 2016 12:25

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vurmaqda təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.