Kriminal
Həbsdəki MTN generalı ilə bağlı AÇIQLAMA
Həbsdə olan MTN generalı Sübahir Qurbanov cinayət işinin materialları ilə tanış olmağa başlayıb.
QMİ-nin sabiq əməkdaşına 12 illik həbs cəzası istənilib
Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun bu günə təyin olunan məhkəmə prosesi davam edib.
Evdən pul oğurlayan tutuldu
Xətai rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Bakı şəhər sakini Xəyyam İbrahimovun evindən 1100 manat pul oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini Rüfət Qurbanzadə tutulub. Araşdırma aparılır.
Qonşusunun su mühərrikini oğurlayan yaxalandı
Dekabrın 3-nə keçən gecə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yaşayan Böyükağa Həziyevin evinin zirzəmisindən su mühərriki oğurlanıb. DİN-dən verilən məlumta görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Eldar Həsənov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 evdən su mühərriki oğurlaması da müəyyən edilib.
13 evdən oğurluq edən saxlandı
Oğurluq etdiyinə görə dekabrın 3-də tutulmuş Şahin Hacıyevin digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə cari ilin sentyabr-noyabr ayları ərzində daha 13 evdən, habelə 1 sexdən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Prokuror Bakıda sürücüyə qarşı quldurluq edən şəxslərə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vüsal Məsməliyev, Həsən Qasımov və Həbib Xalıqovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Akif Çovdarov aclıq aksiyasını dayandırıb - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Ukraynada azərbaycanlı generalın azyaşlı oğlunun döyülməsi ilə bağlı cinayət işi açılıb
Ukraynanın Xarkov şəhərində azərbaycanlı generalın azyaşlı uşağının etnik zəmində döyülməsi ilə bağlı cinayət işi açılıb.
Marşrut avtobusu 1-ci sinif şagirdini vuraraq öldürüb
Evlərə qənim kəsilən qardaşların qolları qandallandı
Oktyabrın 31-də Bakı şəhər sakini Həmilə Zamanovanın evindən 2200 manat və 400 ABŞ dolları, habelə 2000 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlanıb. DİN-dən “Olaylar” verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Sərdar Məmmədov tutulub, daha 1 nəfər isə müəyyən edilib. Ətrafında aparılımış əməliyyat tədbirləri ilə onun dekabrın 2-də qardaşı Rövşənlə birgə Sulutəpə qəsəbəsində yaşayan Rafiq Siyahovun evindən spirtli içki və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
55 baş qoyun oğurlayanlar ifşa edildilər
Oğurluq etdiklərinə görə tutulmuş Şamo Əmirovun və Rövşən Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Saatlı RPŞ əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. DİN-dən verilən məəlumata görə, onların Şahbəndər Mirzəyevə və Aladdin Aybazova məxsus həyətyanı sahələrdən 55 baş qoyun oğurlamaları müəyyən edilib. Araşdırmalar davam etdirlir.
Toyda qanlı olay
Həmyerlisini öldürüb qaçdı Dekabrın 4-də Qaradağ rayonunun Qobustan qəsəbəsindəki "Qobustan" şadlıq sarayında qəsəbə sakini Vüsal Neymətov münaqişə zəminində həmyerlisi Fəxri Kərimova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. DİN-dən “Olaylar” verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş F.Kərimov orada dünyasını dəyişib. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Avtomobilin gizli saxlanc yerlərindən mobil telefonlar aşkarlandı
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 3 ədəd “Samsung Galaxy J2 Prime” və 3 ədəd “Samsung Galaxy J3 (6)” mobil telefonları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Şəkidə 3 otaqlı ev yanıb
Şəki şəhərində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Naziriyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 153 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tibb Universitetinin korpusu da yanmışdı, amma heç kimi məsuliyyətə cəlb etmədilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.














