Kriminal
Bakıda polisi ödürüb yandıran şəxsdən XƏBƏR VAR
Bakıda polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən İbayev Ravil Nuruş oğlu barəsində olan hökmdən kassasiya şikayəti verib.
Qız özünü tələbə kimi tanıtdı evi qarət etdi
Bakıda terrorçu məhv edildi
Bakıda qayınana hamilə gəlinini xəstəxanada döydü
Ən qəddar “qanuni oğru”nun QANDONDURAN ƏMƏLLƏRİ: Meşəyə aparılan qızlar...
Uşaq xəstəxanasının şöbə müdiri özünü asdı
Bakıda professoru döyüb bloka atıblar
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərləri vəkillərindən imtina ediblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qanlı cinayətin üstü on aydan sonra açıldı
Cari il fevralın 29-da Bakı şəhər sakini Fuad Nəbibəyliyə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurulub. Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Sərvan Dünyamalıyev tutulub. Həmçinin Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-də Bakı şəhər sakini Rauf Seyfullayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Aydın Əsgərov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.
Dərman oğruları iş başında yaxalanıblar
Dekabrın 1-də saat 01.35 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindəki apteklərdən birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməıkdə şübhəli bilinən Sabirabad rayon sakini Nemət Abdullayev saxlanılıb. Saxlanılan şəxslər 15-ci PB-nə təhvil verilib.
Avtomobil vuran kişi hadisə yerində ölüb
Dekabrın 2-də saat 03 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Rüfət Əliyev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Beynəlxalq Avtovağzaldan kabel oğurlayan saxlanıb
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yaşıllaşdırma zolağının işıqlandırılmasını təmin edən elektrik naqilinin 35 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərilib. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluğa cəhd göstərmiş şəxs yaxalanıb. Onun Bakı şəhər sakini Akif Həsənov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
“Mən verilən pulları özümə istifadə etməmişəm, hər şeydən Vidadi Zeynalovun xəbəri olub”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Daha bir azərbaycanlı beynəlxalq axtarışa verildi
Daha bir azərbaycanlı beynəlxalq axtarışa verilib. 1973-cü il təvəllüdlü Cəlal Cəfərov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir.













