Kriminal

Mərc oyunları təşkil edən şəxslər həbs olunub

2 Dekabr 2016 13:26

Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı Gəncə şəhər sakini, İlqar Abdullayevin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ev 510A ünvanda yerləşən çayxanada qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkarlanıb.

Şikayət təmin edilməyib

2 Dekabr 2016 12:32

Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan "Coca-Cola" Bottlers Limited" MMC-nin Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Əl çantasından “beşbarmaq” çıxdı

2 Dekabr 2016 11:34

Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl çantasına gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, baxış zamanı həmin çantada gömrük orqanına bəyan olunmayan 1 ədəd “beşbarmaq” aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

“Dələduz” müəllim bəraət aldı

2 Dekabr 2016 11:33

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahzadə Rüstəmovun cinayət işi üzrə məhkəmə başa çatıb. Məlumata görə, məhkəmənin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb. Qeyd edək ki, məktəblərdən birində müəllim işləyən Ş. Rüstəmov dələduzluqda ittiham edilib. İstintaq dövründə onun barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib.

"AzInTelecom"un sabiq rəhbərinin 1,3 milyonluq evi həbs altında

2 Dekabr 2016 11:32

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində olan "AzInTelecom" MMC-nin həbsdə olan sabiq baş direktoru Cəlil Cəfərovun ofis və mənzilindən külli miqdarda pul və qızıl əşyalar aşkarlanıb.

Bakı sakininin evindən 17 min manat pul və 20 min manatlıq qızıl oğurlandı

1 Dekabr 2016 18:39

Bakı sakininin evindən 17 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. Hadisə Yasamal rayonu, 2-ci Alatava ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Rüfət Səfərovun şikayəti üzrə məhkəmə davam edib

1 Dekabr 2016 17:55

Şirvan Apellyasiya Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Siqaretdən istifadə ilə bağlı məktəblilər arasında sorğunun nəticələri açıqlanıb

1 Dekabr 2016 17:09

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə Azərbaycanda ikinci dəfə gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) aparılıb. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev APA-ya deyib ki, tədqiqat 13-15 yaşlı məktəblilər (8, 9, 10-cu siniflər) arasında keçirilib və gənclər arasında tütündən istifadəyə dair monitorinq aparılıb.

Şeyx Rövşən Lənkəranskinin bütün obyektlərini ələ keçirdi

1 Dekabr 2016 17:07

Bu ilin avqustunda İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin bütün obyektləri "Şeyx Həmzət" ləqəbli çeçen kriminal avtoritet Həmzət Qastemirovun nəzarətinə keçib.

Təqsirləndirilən şəxs nazirin sabiq müşavirinin ona 30-40 milyon avro verdiyini deyib

1 Dekabr 2016 16:52

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin dələduzluqda təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hakim qeyd edib ki, Salyan rayonunda Rövşən Əhmədovun adına Stomatoloji Klinika var.

Həmyerlisinin qızıl əşyalarını oğurladı

1 Dekabr 2016 16:34

Noyabrın 29-da Bərdə rayon sakini Ramil Əkbərovun evindən qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən həmyerlisi Kənan Qasımzadə tutulub.

Qoyun oğruları tutuldular

1 Dekabr 2016 16:33

Oktyabrın 2-də rayon sakinləri Sevda Kazımovanın və İlqar Qarayevin həyətyanı sahələrindən 25 baş qoyun oğurlanıb. DİN-dən verilən məlumata görə, Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qrupun digər üzvləri - Ağcabədi rayon sakini Xasay Kərimov və şəhər sakini Vüqar Məmmədov tutulublar. 

Mağazadan 700 manat aparaı yaxalanıb

1 Dekabr 2016 16:32

Noyabrın 19-na keçən gecə Salyan rayonunun Yolüstü kəndində kənd sakini Cavid Hüseynova məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə 700 manat pul oğurlanıb. DİN-dən verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Bayram Kərimzadə tutulub.

Afinada PARTLAYIŞ - Ölən və yaralananlar var

1 Dekabr 2016 16:03

Yunanıstanın paytaxtı Afinada partlayış olub. Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident mərkəzdə yerləşən kafelərdən birində baş verib.