Kriminal
Qonşusunu bıçaqlayaraq xəstəxanalıq etdi
Oktyabrın 6-da Ağstafa rayonunun Tatlı kəndində yaşayan Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən məlumata görə, 0, izahatında xəsarəti ağacdan yıxılması nəticəsində almasını bildirib.Ağstafa RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin gün E.Məmmədovla qonşusu Tofiq Ərzanov arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsrət yetirməsi müəyyən edilib. Həyata keçirilmiş tədirlərlə T.Ərzanov tutulub.
Kabel oğrusu ələ keçib
Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də və noyabrın 8-də Sumqayıt Şəhər Telekommunikasiya Qovşağına məxsus 110 metr telefon kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Cabbarlı tutulub. DİN-dən verilən məlumata görə, ətrafında aprılmış əməliyyat tədbirləri ilə onun noyabrın 3-də Kimyaçılar qəsəbəsində Şəhər Telekommunikasiya Qovşağına məxsus daha 36 metr telefon kabelini kəsərək oğurlaması da müəyyən edilib.
Gömrükçülər külli miqdarda pirotexnika aşkar edib
750 ədəd petarda tiplia məmulatı aşkar olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, ondan gömrük orqanına bəyan edilməyən 750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
MTN generalının işindəki zərərçəkənlə bağlı - Şok dələduzluq faktları
"MTN işi" ilə bağlı hər gün yeni cinayətlərin, yeni məlumatların üzə çıxdığı bir məqamda bu qurumun digər qruplaşmasının rəhbəri olan general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamda qeyd olunan epizodlardan biri ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Bakıda İraq vətəndaşları 54,5 min dollarlıq dələduzluq ediblər
Bakıda İraq vətəndaşları öz həmyerlilərinə qarşı dələduzluq ediblər. Olaylar.az report-a istinadən xəbər verir ki, cari ilin oktyabr ayında İraq vətəndaşları 30 yaşlı Ahmed Abdulhaq İsmael və 29 yaşlı Ahmed Ali Mutara bir neçə nəfərin etibarından sui-istifadə edərək 13 nəfərə qarşı ümumilikdə 54 500 ABŞ dolları məbləğində dələduzluq ediblər.
ŞOK: Bacısının başını kəsən qız azadlıqda
2014-cü ilin oktyabr ayında bacısının başını kəsdiyinə görə həbs olunan Şəki sakini Pərvanə Etibar qızı Nuriyeva azadlığa buraxılıb.
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə sənədlərin tədqiqi davam edir - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Nardaran işi üzrə təqsirləndirilən daha 12 nəfərin işi məhkəməyə göndərilib
Nardaran işi üzrə təqsirləndirilən daha 12 nəfərin işi məhkəməyə göndərilib.
Kriminal aləmin "Qoca"sı 3 ailə üzvü ilə birgə tutuldu
Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir ailənin 4 üzvü saxlanılıb. Olaylar.az report-a istinadən xəbər verir ki, rayonun Zümürxan kəndində ata və 3 oğlu tutulublar.
Qadının evini qarət edənlər saxlanıb
Noyabrın 24-də Bakı şəhər sakini Zenfira Xasanovanın evindən 12.000 ABŞ dolları və 3.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN- dən verilən məlumata görə Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidməti və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri Fidan Murtuzova və Səfər Şirinli tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Qadının pul kisəsini alanın əlləri qandallanıb
Noyabrın 29-da Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini İlahə Nəsibovaya zor tətbiq edərək içərəsində pul və sənəd olan pul kisisini alıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Bilal Əsədov tutulub.
Avtomobil dirəyə çırpılıb, ölən var
Noyabrın 29-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini Sərvər Allahverdiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. DİN-dən verilən məlumata görə, o, hadisə yerində ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Zərərçəkən: “Akif Çovdarovun işçisi mənə dedi ki, neçə ildir pul qazanırsız, Eldar Mahmudova pay verməmisiniz” - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan şəxsə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“100-150 nəfər polis binasına hücum etməyə çalışırdı”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən Cabbar Cabbarov və Abbas Hüseynov şüşə qəfəsə salınmalarına etiraz ediblər. Cabbar Cabbarov şüşələrin çıxarılacağı ilə bağlı verilən sözə əməl olunmadığını bildirib.














