Daha bir məmura qarşı dələduzluq edilib

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşına qarşı 400 min manatlıq dələduzluq edilib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşına qarşı 400 min manatlıq dələduzluq edilib. Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Məmmədov Xanmirzə Şahbaz oğlu Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsinə (PB)  ərizə yazaraq bildirib ki, 2013-cü ildə tanışı 1966-cı il təvəllüdlü Muradov Hümbət Mustafa oğlu Rusiya Federasiyasının Krasnodar şəhərində birgə armatur biznesi qurmaq adı ilə ondan 400 min manat alıb və indiyə kimi geri qaytarmayıb.
Zərərçəkmiş X.Məmmədov 2005-ci ilə kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu İdarəsinin bölmə rəisi vəzifəsində çalışıb. 2016-ci ildən o, Azərbaycan Dəmir Yolları QSC-də işləyir.
H.Muradov isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspert kimi fəaliyyət göstərib. Hazırda o, Türkiyədə şəxsi bizneslə məşğul olur.
Faktla bağlı Nərimanov RPİ-də araşdırmalar aparılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31