Kriminal

Qadının evində lüləsi kəsilmiş silah aşkar edilib

14 Dekabr 2016 15:53

Şəmkir sakininin evində odlu silah aşkar edilib. DİN-dən verilən mlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər Cəyir kəndində yaşayan Rəfiqə Abdullayevanın evinə baxış zamanı oradan qundağı və lüləsi kəsilmiş "Karabin" markalı silah aşkar edilərək götürülüb. Araşdırma aparılır. 

Partlayıcı oyuncaqlar satan qadın saxlanıb

14 Dekabr 2016 15:52

Paytaxtda partlayıcı oyuncaqlar satan iki qadın saxlanıb. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Qaradağ və Xətai rayonu ərazilərində səyyari ticarətlə məşğul olan Xəlil Həsənovdan və Zemfira Əliyeva tutulub. Onlardan ümumilikdə 10100 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

44 nəfəri aldadan dələduz tutulub

14 Dekabr 2016 15:51

 Lənkəran şəhərində dələduzluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, onun Lənkəran rayon sakini Vüqar Baxşıyev olduğu müəyyən edilib. İlkin araşdırma zamanı onun 2012-2015-ci illər ərzində 44 nəfər rayon sakinini aldadaraq onlardan ümumilikdə 90656 manat pul alması aşkar edilib. O, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə tutulub.

Mobil telefon oğrusu tutulub

14 Dekabr 2016 15:50

Dekabrın 12-də metronun "28 May" stansiyasında Bakı şəhər sakini Nazənin Həsənlinin cibindən telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Abbasov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 9-da "Elmlər Akademiyası" stansiyasında Bakı şəhər sakini Leyla Xəlilovanın da cibindən mobil telefon oğurlaması müəyyən edilib.

Cinayətkar dəstənin daha bir üzvü saxlanıb

14 Dekabr 2016 15:49

Neftçalada qətl törədən qrupun daha bir üzvü müəyyən edilib. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - Cəlilabad rayon sakini Ruhid Şükürov tutulmuşdur.

Xaçmazda 2 gün əvvəl qətl törədən şəxs tutulub

14 Dekabr 2016 15:22

Xaçmazda qadını qətlə yetirən şəxs saxlanılıb. “Olaylar” DİN-ə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Xaçmaz rayon sakini Ruzalya Quçuyevanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Turxan Nəsirov tutulub. İlkin araşdırma zamanlı məlum olub ki, hadisə münaqişə zəminində baş verib. 

Paytaxtda 20 yaşlı gənc güllələndi

14 Dekabr 2016 15:20

Bakıda 20 yaşlı gənc tanımadığı şəxslərin hücumuna məruz qalıb. “Olaylar” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.Belə ki, restoranların birindən çıxan 20 yaşlı Qurbanov Bayram Şamil oğlu tanımadığı şəxslərlə mübahisəsi düşüb və onların hücumuna məruz qalıb. Həmin şəxslərdən biri Qurbanovu bıçaqlayıb və hadisə yerindən qaçıb. Bıçaq onun sinə nahiyəsindən vurulub. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

473 kiloqramdan çox narkotik vasitə məhv edilib

14 Dekabr 2016 14:13

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 473 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları dekabrın 14-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunda məhv edilib.

Neftçala sakininin oğlu tərəfindən öldürülərək yandırılması faktı ilə bağlı daha bir nəfər tutulub

14 Dekabr 2016 13:09

Neftçala rayon sakini Kamal Rüstəmovu qətlə yetirməkdə şübhəli bilinən qrupun daha bir üzvü saxlanılıb.

Şahid: "Hər ay Vidadi Zeynalovdan pul alıb, MTN generalı Sübahir Qurbanova çatdırırdım"

14 Dekabr 2016 13:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  

"Qara bazar"la bağlı növbəti əməliyyat: 8 nəfər saxlanıldı

14 Dekabr 2016 13:01

Ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılmasına qarşı məqsədyönlü mübarizə sahəsində daxili işlər orqanları tərəfindən xüsusi əməliyyat tədbirləri davam etdirilir.

İsmayıllı sakininə qarşı 50 min manatlıq dələduzluq edilib

13 Dekabr 2016 18:53

İsmayıllı rayon sakininə qarşı 50 000 manatlıq dələduzluq edilib. Hadisə Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.

Binəqədidə yanan binaya görə tutulan məmurun səhhəti pisləşdi

13 Dekabr 2016 18:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov vəAkif Əlibəyovun cinayət işi üzrə keçirilməli olan məhkəmənin növbəti iclası təxirə salınıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb vəkillərdən birinin məhkəməyə gəlməməsi olub. İş üzrə təqsirləndirilən şəxs, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Q.Novruzovun səhhəti pisləşib və məhkəməyə təcili tibbi yardım çağırılıb.

"Şərurlu İsfəndiyar" ona qarşı 3 milyon manatlıq dələduzluq edən şəxsi bağışladı

13 Dekabr 2016 17:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Pirvəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun nümayəndəsi vəkilBəhruz Bayramov bildirib ki, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbləri yoxdur.