Kriminal

Məzarlığın çəpərini oğurlayan saxlanıb

23 May 2017 16:45

Mayın 12-də Cəlilabad rayonunun Günəşli kəndindəki qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş alüminiumdan olan çəpər oğurlanıb. DİN-dən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Günəşli kənd sakini Tural Vəliyev tutulub. Faktla bağlı araşdırma aparılır. 

Yaralı xilas edildi, təqsirkar saxlanıldı

23 May 2017 16:41

Mayın 21-də axşam saatlarında Xəzər rayonunun Qala  qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidən keçənlər iki nəfərin mübahisəsinə ayaq saxlamalı olublar. Qısa mübahisə əlbəyaxa davaya çevrilib və tərəflərdən birinin digərinə bıçaq zərbəsi vurması ilə nəticələnib. Hadisəni törədən isə qaçıb aradan çıxıb.  Ətrafa toplaşanlar təşviş içində nə edəcəklərini bilmirdilər.

Qadının həyətində xaş-xaş kolları aşkar edilib

23 May 2017 15:07

Astara şəhər sakininə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd xaş-xaş kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Gülü Şiriyevaya məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd xaş-xaş kolları aşkar edilərək götürülüb. Bundan başqa Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Könüllü kənd sakini Abil Abbasova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 81 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Onu zorlayan şəxsi öldürtmək istədi - 16 İl HƏBS

23 May 2017 14:17

Sabiq məmurun güllələnməsini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, Rasim Süleymanov, Ramin Həsənov, Əlikubar Kübarov və Ramil Hüseynlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasınım hökmü ilə R.Hüseynli və G.Süleymanlının hər biri 16 il, R.Süleymanov 8 il, R.Həsənov 7 il, Ə.Kübarov isə 1 il 6 ay müddətinə azadlıqda məhrum edilib. 

Prokuror kriminal avtoritetə cəza istədi

23 May 2017 13:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Məcburi köçkünlərə ev vermək adı ilə dələduzluq edən qadının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

23 May 2017 13:00

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Azərbaycanda lüt şəkilləri yayılan qadına əri kömək etdi - ŞOK TƏFƏRRÜAT

22 May 2017 17:15

Azərbaycanda ər-arvadı şantaj edib onlardan külli miqdarda pul alan şəxslərlə bağlı maraqlı faktlar üzə çıxıb. Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Saray qəsəbə sakini Nizami Cəfərov bir neçə il əvvəl tanış olduğu 40 yaşlı Aygün Sultanovanı (ad-soyad şərtidir) şantaj edərək, ondan 2012-ci ildən bu günədək ümumilikdə 31 min manat alıb. O, həmin qadını yazışmaları və açıq-saçıq görüntüləri ilə şantaj edib və müxtəlif şəxsləri qadınla görüşdürərək, ona pul yollamasını tələb edib. Bu işdə N.Cəfərova dostu Kamil Muxtarov da kömək edib və pulların alınmasında iştirak edib.  

Dərman qutusundan narkotik vasitə çıxdı

22 May 2017 16:01

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verlən məlumata görə, baxış zamanı, qutunun içərisində təsiredici maddəsinin ümumi miqdarı 0,044 qram olan buprenorfin, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan metadon və təsiredici maddəsinin ümumi miqdarı 1 qram olan tramadol adlı dərman preparatları aşkar edilib.

4 000 ədəd siqaret aşkar edilib

22 May 2017 16:00

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn "Vaz-2106" markalı avtomobilin sərnişini-Azərbaycan Respublikası vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib.

Oteldə oğurluq edən qadın saxlanıb

22 May 2017 15:31

Mayın 19-da Gəncə şəhəri ərazisindəki otellərdən birində Bakı şəhər sakini olan bir qadının çantasından 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada xadimə işləyən Gəncə şəhər sakini Sevinc Quliyeva saxlanılıb.

Ağdaş  sakinindən heroin götürülüb

22 May 2017 15:30

Ağdaş rayon sakinindən heroin götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsini 22-ci polis bölməsi əməkdaşları tərəfindən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Avdullayevdən 559,9 qram heroin aşkar edilərək götürülüb. Araşdırma parılır.

Ucarda qaşçırılan avtomobil Sumqayıtda saxlanıb

22 May 2017 15:29

Mayın 21-də saat 18 radələrində Ucar rayonunun Boyat kəndi yaxınlığından rayon sakini Bəhruz Əsədova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Hüseynov Ağdaş şəhəri ərazisində tutulub.

Atasını öldürən oğul tutuldu

22 May 2017 14:25

Biləsuvarda atasını öldürən oğul həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T. Rəsulovun meyiti eksqumasiya edilib. Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib. Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.Faktla əlaqədar cinayət işi başlanılıb.

Uşağı vurub qaçan sürücü saxlanıb

22 May 2017 14:24

Abşeronda 10 yaşlı uşağı maşın vurub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, 10 yaşlı Çingiz Əliyev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilərək buraxılıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3110" markalı avtomobili idarə edən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Nardaran sakini tüfəngi könüllü təhvil verib

22 May 2017 14:22

Sabunçu rayonunun Nardaran qəsəbə sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə təhvil verib. “Olaylar”a  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Nizami Orucov müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə təhvil verib.