Prokuror kriminal avtoritetə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Elməddin Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə çıxışı edib. O bildirib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar doğru deyil, bu səbəbdən barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə prosesi mayın 26-da davam edəcək.

Qeyd edək ki, Elməddin Səfərov kriminal aləmdə "Elməddin Vasmoyski" kimi tanınır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31