Kriminal
Maşınla piyadanı vurub aradan çıxan şəxs ələ keçib
Aprelin 30-da Bərdə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Zabil Məmmədov vurulub və o, hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobili həmin vaxt idarə etməkdə şübhəli bilinən Ağdam rayon sakini Nofəl İbrahimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oğrunun digər əməlləri aşkar edildi
Yasamal silsilə oğurluq törədən şəxs saxlanıb. Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə Elxan Zeynalov adlı şəxs tutulub. DİN-dən verilən məlumata görə, ətrafında Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun rayon ərazisindəki iki müəssisədən, 1 evdən, 1 mağazadan, 2 qarajdan və 5 avtomobildən məişət əşyaları, elektrik naqili və akkumulyator oğurlaması da müəyyən edilib.
Qəbələdə qoyun oğrusu saxlanıb
Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Kürd kənd sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 22-də rayon sakini Qafqaz Hətəmova məxsus 11 baş qoyunu oğurlamaqda şübhəli bilinən Kürd kənd sakinləri Məhəmməd Məmmədxanov və Anar Aslanov tutulublar.
Görün, taksi sürücüsünü necə aldatdılar
Respublikanın daxili işlər orqanları dələduzluq yolu ilə vətəndaşları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxslərə qarşı növbəti əməliyyat-axtarış tədbiri həyata keçirib. DİN mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinə (RPİ) müraciət edən rayonlararası taksi fəaliyyəti ilə məşğul olan bir qrup sürücü tanımadıqları iki nəfər naməlum şəxs tərəfindən aldadılaraq pullarının mənimsədildiyinin bildiriblər. Qaradağ RPİ Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Qail Nadirov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Sərnişinlər cibgiri döydülər
Dünən Bakının Sabunçu rayonu ərazisində sərnişin avtobusunda cibgirlik edən şəxs vətəndaşlar tərəfindən tutulub. Məlumata görə, metronun “Koroğlu” stansiyasından Buzovnaya gedən 107 saylı xətt avtobusunda Sultan Tağıyev adlı sərnişinin cibinə girən 50-55 yaşlı kişi tutulub. S.Tağıyev cibgiri şillələyib, digər sərnişinlər də ona qoşulub. Daha sonra S.Tağıyev həmin cibgiri polisə təhvil verib. Burada məlum olub ki, cibgirlik edərkən tutulan şəxs əvvəllər məhkumluq həyatı yaşamış 1962-ci il təvəllüdlü Məlikov Fəxrəddin İsabala oğludur. Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb.
Taleh Bağırovun apellyasiya şikayəti icraata verilib
"Müsəlman Birliyi" hərəkatının həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti icraata verilib. Onların şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatına verilib. Yaxın günlərdə şikayət üzrə məhkəmənin ilkin baxış iclasının vaxtı məlum olacaq. Şikayətdə onların barəsində bəraət hökmünün çıxarılması istənilib.
Maşallah Əhmədov məhkəmədə zərərçəkəni hədələyib
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirib. Hakim Faiq Qasımov sədrlik etdiyi prosesdə zərərçəkmiş Yusif Əzizov ona məxsus daşların bir hissəsinin M. Əhmədov tərəfindən "Sahil" MTK-ya verildiyini deyib. İclasda M. Əhmədovla Y. Əzizov arasında mübahisə baş verib. M. Əhmədov Y. Əzizovu hədələyib.
Binəqədidə çoxmərtəbəli binanın yanması ilə bağlı həbs olunanların apellyasiya şikayətinə baxılıb
Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Akif Əlibəyov və Nizami Orucovun vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Qəzənfər Novruzovun vəkili isə onun şərti olaraq azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən şəxslərin vəkilləri isə çıxışa hazır olmadıqlarını deyiblər.
“Aztelekom” MMC-nin kabelini oğurlayan tutulub
Mayın 22-də “Aztelekom” MMC-yə məxsus kabelin 150 metrlik hissəsini kəsərək oğurlanıb. DİN-dən verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən kabeli kəsərək zədələməkdə şübhəli bilinən şəhər sakini Əli Tağıyev saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Kemiş məhkumdan 1 kq heroin götürülüb
Bakı şəhər sakinində 1 kiloqramdan artıq heroin aşkar edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəşir Məhərrəmovdan 1 kiloqram 30 qram heroin götürülüb.
Daha bir qadın alverçisi məhkəmə qarşısına çıxarılır
Bakı Ağır Cinayətlər Məhkəməsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Samir Əliyev sədrlik edib. Təqsirləndirilən şəxsin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.
"Rabitə işi" təxirə salındı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Qadınları Türkiyədə satan məhkəmə qarşısında
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Türkiyəyə qadın aparan insan alverçisinin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən Tovuz rayon sakini Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Ankarada AKP-nin qurultayında qətliam hazırlayan İŞİD-çi Qusar sakinidir
Ankarada mayın 21-nə keçən gecə polislə atışmada öldürülən iki İŞİD-çi də Azərbaycan vətəndaşlarıdır. Onların kimlikləri hələ açıqlanmayıb. Bununla belə terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan digər İŞİD üzvünün Azərbaycan vətəndaşı Abhüseyn Cəlilov olduğu açıqlanıb. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub. NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini yayıb.














