Kriminal
Azərbaycanlı biznesmeni qətlə yetirən şəxs Qazaxıstanda tutuldu
Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxs Qazaxıstanda tutulub. Bu barədə Xaçmaz Rayon Polis Şöbəsindən bildirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2016-cı il iyunun 16-da Xaçmaz şəhərində yaşayanİlqar Məmmədovu qətlə yetirmək təqsirləndirilən Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlüRüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib. Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə V.Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib.
“Lotu Quli”nin adamlarına silahlı hücum: yaralılar var
Dünən Ukrayna KİV-i Odessada iki azərbaycanlının - Gürcüstan vətəndaşı İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildiyi barədə məlumat yayıb. O da bildirilib ki, onlar nüfuzlu "qanuni oğru", Quli ləqəbi ilə tanınan Nadir Səlifovun etibar etdiyi adamlardır.
Bakıda iş adamının arvadı onu izləyən polis əməkdaşını döyüb
Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Barat Abdullayevin dələduzluqda, saxta sənəd düzəltməkdə və polisə müqavimət göstərməkdə ittiham olunan həyat yoldaşı Təyminə Abdullayevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Ramella Allaheverdiyevanın sədrlik etdiyi prosesdə zərərçəkmiş qismində Nərimanov rayonunun 17-ci Polis Bölməsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Oktay Məmmədov ifadə verib.
Telefon zəngi ölümünə səbəb oldu - Qusarda
Qusarın Yeni həyat kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 53 yaşlı kənd sakini İman Mehdiyeviç Cəbrayılov yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsində təmir işləri aparan zaman yıxılaraq dünyasını dəyişib. İman Cəbrayılovun yıxılmasına ona gələn telefon zəngi səbəb olub. Mərhum telefonu götürən zaman üzərinə çıxdığı taxta dayaq ayağının altında qaçıb və o, yerə yıxılıb
Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...
Məktəblilər arasında dava ölümlə nəticələndi
Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib. Dava Kənan və Həsənağa adlı məktəblilər arasında düşüb.
Mingəçevirdə oğul anasını qətlə yetirdi
Mingəçevir şəhərində yerli sakin anasını qətlə yetirib. Hadisə şəhərin Xətai küçəsində qeydə alınıb. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovanın oğlu Nail Məhərrəmov tərəfindən öldürüldüyü ehtimal edilir.
Avtomobili qaçıraraq divara çırpıb
Sabunçu rayon sakininə məxsus avtomobili qaçıran şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqələrindən birində orada işləyən Bakı şəhər sakini Saleh Həmidli qəsəbə sakini Mayis Məmmədova məxsus “Priora” markalı avtomobili qaçırıb. O, avtomobili qəsəbə ərazisində idarə edərkən maneəyə vurub, xəsarət alan olmayıb.
Taksi sürücüsünün pulunu alan saxlanıb
Suraxanı rayonu ərazisində taksi sürücünü bıçaqla hədələyərək pulunu alan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, mayın 24-də Binəqədi rayonu 9-cu mikrorayon ərazisində naməlum şəxsin Bakı şəhər sakini Qabil Rəhimovun idarə etdiyi “NazLifan” markalı avtomobilə sərnişin qismində oturaraq Əmircan qəsəbəsinə gedəcəyini bildirməsi, qəsəbə ərazisində isə həmin şəxsin sürücünü bıçaqla hədələyərək ondan 53 manat pul alaraq hadisə yerini tərk etməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub.
DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi MAZ və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R. Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Gözəl Bayramlıya cinayət işi açılıb
Vəkil Elçin Sadıqov özünün facebook səhifəsində dünən axşam saatlarında Azərbaycan-Gürcüstan sərhədində saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı ilə bağlı açıqlama verib. Vəkil AXCP rəsmisinin Gürcüstandan Azərbaycana gələrkən sərhəddə saxlandığını yazıb. O, bildirib ki, xanım siyasətçiyə cinayət işi açılıb və iş Dövlət Sərhəd Xidmətinin icraatındadır.
Cəlilabad sakini saxta 100-lə tutuldu
Cəlilabad Rayon Polis Şöbəsinə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əskinaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. DİN mətbuat xidmətindən verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qaraşov 240 ədəd saxta 100 manatlıq əskinası satmaq istəyən zaman cinayət başında saxlanılıb.
Cahangir Hacıyev ittihamları qəbul etmədi
Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyevin Trend-ə verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkilləri çıxış edib. Vəkillər C.Hacıyevə bəraət istəyib.
14 yaşlı qıza göz dikən seksual manyaklara AĞIR CƏZA
Bakıda 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Nəcməddin İmanov və 1982-ci il təvəllüdlü Rəşad Cəfərov cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən təqsirləndirilən şəxslərə sanksiyada olan ən ağır cəza- 15 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş məhkumlar əlbir olub evləri qarət ediblər
Mayın 21-də Gəncə şəhəri ərazisindəki evlərdən birindən qızıl, gümüş və məişət əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elnur İsmayılov və Həmidə Məmmədova tutulublar. Faktla bağlı araşdırma aparılır.



.jpg)










