Kriminal

Avtomobilin gizli saxlanc yerindən mobil telefon tapılıb

1 İyun 2017 11:21

Avtomobildən 38 ədəd mobil telefon aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz-21 074 ” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Cahangir Hacıyevin apellyasiya şikayəti ilə bağlı qərar sabah elan olunacaq

31 May 2017 17:55

Prosesdə Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

12 milyon dolları mənimsəməkdə təqsirləndirilən iş adamı ittihamları rədd etdi

31 May 2017 15:22

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış iş adamıCeyhun Canıyevin işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Uzun illər arvadının xəyanətinə dözən kişinin dəhşətli sonu - Film kimi hekayə

31 May 2017 13:15

Keçən ilin martında İsmayıllı rayonunun Qurban Əfəndi kəndində qısqanclıq zəminində qonşusu 62 yaşlı Allahverdi Rəhimovu və həyat yoldaşı 56 yaşlı Bahar Əhmədovanı güllələyərək öldürən 66 yaşlı Məhəmməd Əhmədov həbsxanada vəfat edib.

MTN-dən pulla "adam çıxaran" AZADLIQDA

31 May 2017 13:10

Şirkət rəhbərini sabiq Milli Təhlükəsizlik Nazirliyinin əlindən xilas etməsi ilə bağlı vəd verən və buna görə də dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə N.Quliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci  maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. N.Quliyev məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında N.Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Rabitə işi”ndə vurulan ziyanın bir hissəsi ödənilib

31 May 2017 12:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Astarada məktəbli ofisiantı bıçaqladı

30 May 2017 17:26

Astara rayonunda məkltəbli kafedə ofisiantı bıçaqlayıb. Məlumata görə, hadisə Astara Bulvarında yerləşən kafelərdən birində baş verib. Belə ki, kafedə ofisiant işləyən, Astara şəhər Heydər Əliyev prospektində yaşayan, 1993-cü il təvəllüdlü Murad Fazil oğlu Qulamzadə 16 yaşlı məktəbli, Əli Məmmədzadə tərəfindən bir neçə bıçaq zərbəsi alıb.

Axtarışda olan tikinti şirkətinin rəhbəri həbs edilib

30 May 2017 16:37

Bakıda axtarışda olan şəxs tutulub. Məlumata görə, Xətai rayon Polis İdarəsinin əməkdaşları Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda zərər vurmaqla) maddəsi ilə axtarışda olan 1964-cü il təvəllüdlü Babayev Elçin Yaqub oğlunu saxlayıblar. Qeyd edək ki, E.Babayev “Ulduz-S” tikiniti şirkətinin rəhbəridir.

İcra hakimiyyətinin 5 kondisioneri oğurlanıb

30 May 2017 16:36

2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb. DİN-dən verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub. Ətrafında aparılan tədbirlərlə onun carı ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Evdən 570 manat oğurlayan tutulub

30 May 2017 16:35

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əminağa Rəvanov tutulub. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərdən birindən 570 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əminağa Rəvanov tutulub. Faktla bağlı araşdırma aparılır.

Həyətində çətənə yetişdirən keçmiş məhkum saxlanıb

30 May 2017 16:34

Sabirabad sakinində narkotik maddə aşkarlanıb. DİN-dən verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kovlar kənd sakini Rövşən Ağayevin həyətindən 53 ədəd çətənə kolları və 2 kiloqram 300 qram marixuana aşkar edilərək götürülüb.Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Ətin içərisində heroin keçirmək istədi

30 May 2017 15:32

Penitensiar Xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində son günlərdə müəssisəyə narkotik maddə və uyuşdurucu dərman preparatlarının keçirilməsinin qarşısı alınmışdır.

Avtomobildə 59 ədəd mobil telefon aşkar olunub

30 May 2017 15:30

Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirib. Lakin gömrük baxışı nəticəsində, həmin nəqliyyat vasitəsinin salonunda arxa oturacaq ilə yük yeri arasındakı boşluqda 59 ədəd "Samsung J3 pro" markalı mobil telefon, ehtiyat təkərin içərisində isə 59 ədəd qidalandırıcı başlıq, 59 ədəd USB kabel, 59 ədəd həmin telefonlara məxsus qutu və 59 ədəd batareya aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

DİN anasını öldürən oğulla bağlı məlumat yaydı

30 May 2017 12:43

Daxili İşlər Nazirliyi (DİN) mayın 27-də Mingəçevirdə tprədilmiş qətllə bağlı məlumat yayıb. “Olaylar” xəbər verir ki, məlumatda bildirilir ki, mayın 27-də şəhər sakini Kəmalə Məhərrəmovanın döş nahiyəsinə tüfəngdən açılan atəşlə qətlə yetirilməyə xarakterik olan meyiti evində tapılıb. Araşdırma zamanı hadisənin K.Məhərrəmovanın oğlu Nail tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nail Yevlax rayonu ərazisində tutulub. Ondan lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.

Qadını soyan şəxs yaxalanıb

30 May 2017 12:24

Bakı şəhər sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman Nəsimi rayonu S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək içərisində 682 manat pul və dəyəri 300 manat olan bir ədəd mobil telefon olan çantasını zorla alaraq qaçmağa cəhd göstərib.