Kriminal

Maşından 1500 manat oğurlayanlar saxlanıb

2 İyun 2017 14:35

Oğurluqda şübhəli bilinən Digah qəsəbə sakini Mətləb Abbasov və Bakı şəhər sakini Hüseyn Süleymanov tutulublar. DİN-dən verilən məlumata görə, Abşeron RPİ-nin əməkdaşları tərəfindən mayın 31-də Talıb Rüstəmova məxsus "VAZ-2107" markalı avtomobildən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Digah qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mətləb Abbasov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanov tutulublar.

Oğurluqda şübhəli bilinən Gəncə sakini tutulub

2 İyun 2017 14:34

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Nizami Məmmədov tutulub. Dİn-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərdən birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nizami Məmmədov tutulub. Gaktla bağlı araşdırma aparılır.

Kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib

2 İyun 2017 14:30

Zaqatala sakinində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, daxil olan məlumat əsasında Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Adil Ömərovun yaşadığı evə baxış zamanı 60 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Lənkəran sakinindən maixuana götürülüb

2 İyun 2017 14:29

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Turqut Mikayılovdan 0,17 qram marixuana götürülüb. DİN-dən verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə narkotik vasitəni ona satan həmyerlisi Elxan Hüseynov da müəyyən edilərək tutulub və ondan 4,24 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 404,42 qram marixuana aşkar edilərək götürülüb.

Hacıqabul qəbiristanlığında tapança aşkar edilib

2 İyun 2017 14:25

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin, Bakı İstintaq təcridxanasının və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul şəhər qəbiristanlığında torpağa basdırılmış 1 ədəd “PSM” markalı tapança aşkar edilərək götürülüb.

Diplom satan “iş başında” yaxalandı

2 İyun 2017 13:12

Bakıda saxta diplom satan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəbi Yuifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan, ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarının hər birini 5000 manata satarkən tutulub.Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə Maşallah Əhmədovun satdığı daşlara baxış keçirdi

2 İyun 2017 12:24

Bu gün Bakı Apelyasiya Məhkəməsi dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun İrandan gətirərək Bakıda satdığı daşlara və digər tikinti materiallarına baxış keçirib.

Bakıda sevgilisini öldürüb, qəza törədən şəxsə hökm oxundu

2 İyun 2017 12:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azər Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Ağayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Cahangir Hacıyev və digərlərinin şikayətləri təmin edilməyib

1 İyun 2017 16:02

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.  Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, apellyasiya şikayətləri təmin edilməyib.

"Ueldanovun ekstradisiyası gündəmdə deyil"

1 İyun 2017 14:40

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun öz ölkəsinə ekstradisiyası ilə bağlı məsələ hələlik gündəmdə deyil. Bu barədə M.Ueldanovun vəkili Qubad Salayev deyib. Onun sözlərinə görə, M.Ueldanov Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində olan hökmündən apellyasiya şikayəti verib: "Hələlik apellyasiya şikayətinə baxılacaq vaxt məlum deyil".

Əfqan Muxtarlının üzərindən 10 min avro pul tapılıb - Rəsmi məlumat yayıldı

1 İyun 2017 14:34

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri Əfqan Qafarlının həbsi barədə birgə məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Qadını şantaj edən şəxs tutuldu

1 İyun 2017 13:36

Ağcabədi rayon sakini Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 ABŞ dolları alarkən saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 31-də Yasamal rayonu Mətbuat prospektində Ağcabədi rayon sakini Rakif Quliyev Bakı şəhər sakini E.S(qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 ABŞ dolları alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Tanınmış jurnalist Azərbaycandan qaçarkən saxlanıldı

1 İyun 2017 12:47

Tanınmış jurnalist Azər İsrafilov yenidən həbs edilib. Bu barədə lent.az-a hüquq-mühafizə orqanlarında məlumat verilib. Bildirilir ki, Azər İsrafilov Xaçmaz rayonunun Yalama qəsəbəsi ərazisindən Rusiya Federasiyasına keçmək istəyərkən saxlanılıb. Məlum olub ki, onun barəsində yenidən cinayət işi açılıb və axtarışdadır. A.İsrafilov Bakıya gətirilib.

Siqaret qutularından 6 büküm heroin çıxdı

1 İyun 2017 11:22

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd “Kent” markalı siqaret qutusuna gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar” a verilən məlumata görə, baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaret gilələrinin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə – heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.