Kriminal

"Üzərindən Taleh Bağırovun müraciət kitabçası çıxıb" - "Nardaran işi"

5 İyun 2017 16:25

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan 3-cü qrupun - "Müsəlman Birliyi Hərəkatı" adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Azərbaycanlı bacısının gözü qarşısında intihar etdi

5 İyun 2017 15:55

Göygöl rayon sakini Rusiya Federasiyasının Moskova şəhərində hündürmərtəbəli binadan özünü ataraq intihar edib.  38 yaşlı Afdandil Vidadi oğlu Məmmədov Moskva şəhərində kirayə yaşadığı hündürmərtəbəli binadan özünü ataraq intihar edib.

Soyğunçuluqla məşğul olan şəxs saxlanıb

5 İyun 2017 15:28

Bakı şəhər sakinini döyərək pul qabısını alıb qaçan şəxslərdən biri tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 4-də saat 20 radələrində paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini Yeganə İsayevanı döyərək içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçarkən, Y.İsayeva səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib. Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini Səidə Kərimova olması müəyyən edilib. Nizami Rayon Polis İdarəsi tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Oğurluqla məşğul olanlar saxlanıb

5 İyun 2017 15:26

Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 1-də rayon ərazisində “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Arif Abdullayev saxlanılıb.

Keçmiş məhkumdan marixuana götürülüb

5 İyun 2017 15:25

Bakı və Sumqayıt şəhər sakinlərindən marixuana götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehman Əliyevdən 8 kiloqram 20 qram marixuana götürülüb. Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Kazımovdan 480 qram marixuana götürülüb.

Mədəsində 1,5 kq heroin keçirmək istədi

5 İyun 2017 14:46

Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. DGK Mətbuat Xidmətindən “Olaylar”a  verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 1 ədəd bükümdə xalis çəkisi 1,560 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

"Sədərək"də mağaza yaran oğrular tutuldu

5 İyun 2017 14:45

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "isti izlər"lə keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində baş vermiş oğurluq hadisəsinin 3 saat ərzində açılması təmin olunub.

"Dedi marixuananı heroinlə dəyişdim"

5 İyun 2017 14:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Səfər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin rəisi Ruslan Məmmədov ifadə verərək bildirib ki, 2017-cı ilin yanvarın əvvəlində ona S.İbrahimovun narkotik alveri ilə məşğul olduğuna dair məlumat daxil olub: "Yanvarın 15-də onu saxlayıb üzərinə baxış keçirdik. Şalvarının cibindən 200 manat pul və marixuana aşkar edildi. Əlində qara rəngli çanta var idi, ondan da marixuana çıxdı. Dedi özüm üçün yığmışam, marixuana çox idi. Dedi ki, qalanını dəyişib heroin aldım".

DİN tanınmış vəkilin ölümü ilə bağlı rəsmi məlumat yaydı

5 İyun 2017 13:15

Daxili İşlər Nazirliyi Milli Televiziya və Radio Yayımları Şurasının hüquqşünası Toğrul Mirzəzadənin yol qəzasında ölüməsi ilə bağlı rəsmi məlumat yayıb. “Olaylar”   nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 3-də saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakini Toğrul Mirzəzadə idarə etdiyi “Harley-Devidson” markalı motosikleti qarşıda gedən paytaxt sakini Nəriman Nəciyevin idarə etdiyi “QAZel” markalı avtomobilə vurub və nəticədə T.Mirzəzadə hadisə yerində ölüb. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı

5 İyun 2017 06:20

Şəmkir sakini ehtiyatsızlıq nəticəsində ölüb. Hadisə rayonun Posanlı kəndində qeydə alınıb. Kənd sakini, sürücü, 38 yaşlı Cəfərov Qurban İsa oğlu traktoru işə salan zaman ehtiyatsızlıq nəticəsində mühərrikin pəri onun qarın nahiyəsini bir neçə yerdən kəsib.

Mobil telefonlar müsadirə edildi

2 İyun 2017 17:16

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz C280” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Biznesmen onun 3,4 milyonunu ələ keçirəndən şikayətçi deyil

2 İyun 2017 16:18

Bu gün Bakı Apellyasiya Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilənlər Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Rabitə işi"ndə müdafiə tərəfi çıxış edib

2 İyun 2017 15:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Onu dəsmalla boğub, meyitini torbalara yığdıq, üstünü betonladıq" - DƏHŞƏTLİ CİNAYƏTİN ETİRAFI

2 İyun 2017 15:11

Əməkdar artist Aygün Bəylərin qətl törədən qardaşı Abbas Hümmətov və onunla ittiham olunanElnur Alxasov, Fuad Məmmədzadə, Cavid Alxasov, Ramil Əsirov və Elnur Əsirovun cinayət işi üzrə məhkəmə başlayıb.